Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ neft ixracı qadağasını ləğv edir

 

ABŞ Senatı ölkənin neft ixrac etməsinə qoyulmuş qadağanın ləğvini nəzərdə tutan qanun layihəsi üzərində işə başlayıb

"Xeberinfo.com":  APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Senatın Enerji və təbii ehtiyatlar komitəsinin sədri Liza Murkovski deyib.
 
L. Murkovski bildirib ki, bu addım satış bazarının genişlənməsinə və NATO ölkələrinin Rusiyadan enerji asılılığını azaltmağa imkan verəcək. O, hazırda Polşanın Rusiyadan bu sahədə 96% asılılığı olduğuna diqqət çəkib.
 
Senator qeyd edib ki, qadağanın ləğvindən ehtiyatlananlar ölkə daxilində yanacağın qiymətinin yüksələ biləcəyini səbəb göstərirlər. Lakin ABŞ-ın iri neft şirkətlərindən biri - “ConocoPhillips”in Direktorlar Şurasının sədri və baş icraçı direktoru Rayan Lens əksinə, qadağanın ləğvindən sonra ölkədə benzinin ucuzlaşacağını söyləyib. Onun sözlərinə görə, 2016-cı ildə ABŞ sıxılmış təbii qaz ixracatçısına, 2020-ci ildə isə Kanada ilə birlikdə neft ixracatçısına çevrilə bilər. R. Lens neft ixracının hasilatın əlavə 3 milyon barel həcmində artmasına stimul verəcəyini də əlavə edərək yeni enerji strategiyasının ciddi şəkildə nəzərdən keçirilməsinin zəruri sayıb. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam