Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Atatürkü bu adam zəhərləyib -FOTO

 

Türkiyə Cumhuriyyətinin banisi Mustafa Kamal Atatürkün İsmət İnönü tərəfindən zəhərləndirilib öldürüldüyü ortaya çıxıb.

"Xeberinfo.com":  ANS PRESS-in məlumatına görə, Türkiyədə zaman-zaman səslənən bu iddia ilə bağlı araşdırma aparan hakimiyyətə yaxınlığı ilə diqqət çəkən “Yeni Şafak” qəzeti Atatürkün necə ölməsi barədə araşdırma aparıb. 
Araşdırma zamanı üzə çıxan sənədlər Atatürkün öz əcəli ilə deyil, sui-qəsd nəticəsində ölməsini sübut edir. Tarixi sənədlər və yazışmalar da İsmət İnönünun Atatürkün zəhərlənməsini təşkil etdiyini üzə çıxarır.
Qəzet yazır ki, son olaraq baş nazir Bülent Ecevitin həkimi Mücahit Pehlivan Atatürkün zəhərləndiyini deyərək onun qəbrinin açılmasını və Mustafa Kamalın nəşinə DNT testi edilməsini təklif etmişdi.
Ötən həftə Fətullah Gülənin 1960-1970-ci illərdəki əlaqələrini sənədlərlə ortaya çıxaran qəzet Türkiyənin ikinci prezidenti olan İsmət İnönü, CHP-nin baş katibi Kasım Gülək ilə daxili işlər nazirləri Şükrü Kaya və Hıfzı Oğuz Bekata arasındakı yazışmalar Atatürkün necə öldüyünə “işıq” salır.
Qəzet yazır ki, Atatürk əcnəbi həkimlərin onu müalicə etməsindən ehtiyyatlandığı üçün türk həkim tapmağı tapşırır. Bundan istifadə edən İnönünün adamları türk həkimi ələ alaraq Atatürkü zəhərləməyə başlayır.
Daxili işlər naziri Şükrü Kayanın 30 İyun 1938-ci ildə, yəni Atatürkün ölümündən 4 – 5 ay əvvəl İsmət İnönüyə göndərdiyi məktubda deyilir: “Göndərdiyimiz həkim işinin öhdəsindən layiqincə gəldiyi qənaətindəyəm. Hər şey yolunda və məcrasında davam etməkdədir. Sizləri prezident görmək arzusu hamımızda hasil olmuşdur. Ehtiramla əllərinizdən öpürəm əfəndim”.
2et

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam