Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-RUSİYA MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA

 

“Konqresmenlər Ukraynaya ölüm yağdıran silah göndərilməsi ilə bağlı Obamaya çağrış ediblər”

"Xeberinfo.com":  Məlumata görə, ABŞ Nümayəndələr Palatasının (Konqres) Ohayo ştatından olan respubikaçı spikeri Con Boyner, həmçinin respublikaçılar və demokratlar partiyasından ibarət qanunvericilər qrupu, Rusiyanın regiondakı sabitliyi pozmaq cəhdinə qarşı Ukraynaya təxirə salınmadan ölüm yağdıran silahların göndərilməsi ilə bağlı Ağ Evə çağırış ediblər. “The Wall Street Journal”-ın məlumatında bu haqda bildirilir.

Con Boyner və konqresdə çoxluq təşkil edən respublikaçıların Kaliforniya ştatından olan lideri Kevin Makkarti, eləcədə konqresdəki bir neçə əsas komitənin aparıcı demokrat və respublikaçı nümayəndələri prezident Barak Obamaya Ukrayna ordusuna “ölüm yağdıran müdafiə sistemləri”nin göndərilməsi ilə əlaqədar müraciətlərində yazıblar: ”Gələcəkdəki təcavüzün qarşısını almaq imkanlarını genişləndirmək məqsədi ilə Ukrayna hökumətinə edəcəyimiz yardım tədbirlərindən öncə, biz, Rusiya ordusunun və Rusiyanın arxasında dayandığı separatçıların Mariupol və Xarkov şəhərlərini ələ keçirmələrini gözləyə bilmərik”.

Hal-hazırda Ağ Ev Kiyevə tank kimi zirehli texnika ilə birlikdə həyata keçirilən hücumların qarşısını almaq üçün istifadə ediləcək müdafiə sistemlərinin göndərilməsini bir variant kimi gözdən keçirir.

Müdafiə naziri Eşton Karter və Milli Kəşfiyyatın direktoru Ceyms Klepper kimi ABŞ-ın bir neçə yüksək vəzifəli şəxsləri Ukraynaya silah göndərilməsi qərarını açıq şəkildə müdafiə edirlər. Ukraynada gedən döyüşlərin masştabının azalmasına görə belə bir qərarın alınması artıq tam təcili sayılmasa da, konqresmenlərin sözlərinə əsasən, bu məsələnin həll olunması barəsində müzakirələr davam etdirilir. Respublikaçılar kimi Demokratlar partiyası da, daha qətiyyətli şəkildə Obama administrasiyasından Krımın ilhaqına və Ukraynada baş verən münaqişədəki fəaliyyətinə görə Rusiyaya qarşı sərt tədbirlərin görülməsini tələb edirlər. Müraciətə imza atmış Con Boyner və digər konqresmenlər bildirirlər ki, münaqişə daha geniş miqyas almağa başlayıb və indi artıq bu məsələ Rusiyanın Ukraynanın suverenliyinə təcavüzündən də kənara çıxır.

1416820423_sshaBununla əlaqədar müraciətdə konqresmenlər yazıblar: ”Bu, beynəlxalq hüququn kobud şəkildə pozulması, Qərbə meydan oxumaq və böyük çətinliklər bahasına İkinci Dünya Müharibəsindən sonra yaranmış dünya nizam-intizamına qarşı çıxmaqdır”.

Müraciəti imzalayanlar içərisində Nümayəndələr Palatasının silahlı qüvvələrlə iş üzrə, xarici məsələlər, büdcə ödəmələri və kəşfiyyat ilə əlaqədar olan komitələrinin yüksək vəzifəli məmurları, sədrləri də yer alıblar.

Ümumiyyətlə isə, ABŞ-ın Ukraynada hərbi iştirakı hadisələri birbaşa Rusiya-ABŞ müharibəsinədək gərginləşdirə bilər. Görünür ABŞ prezidenti bunu nəzərə aldığındandır ki, Ukraynaya hərbi yardımla bağlı qərar verməkdə çətinlik çəkir və Rusiyaya iqtisadi sanksiyalarla təsir etmək siyasətini davam etdirir. Lakin bu siyasətin ciddi nəticə vermədiyi də ortadadır. Bu səbəbdən, Obamanın məcburiyyət qarşısında Ukraynaya silah göndərilməsi barədə qərar verəcəyi ehtimalı güclüdür. Bu isə artıq böyük müharibənin başlanğıcı olacaq.

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam