Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakıda gizli ibadət-dərsxana kompleksi aşkarlandı

Bakıda gizli ibadət-dərsxana kompleksi aşkarlandı

 

 

Qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb

 

Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi Şıxlar bağ massivində yerləşən Azərbaycan Respublikasının vətəndaşı Rəhmanlı Rəhman Mikayıl oğluna məxsus bağ sahəsində qeyri-ənənəvi dini təriqətin üzvləri tərəfindən gizli yaradılmış, azyaşlıların da dini ayinlərə cəlb olunduğu qanunsuz dini ibadətgah-dərsxana kompleksi aşkar edilmişdir.

Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmadan “məscid” adı altında gizli fəaliyyət göstərən həmin ərazidən dini ayrı-seçkiliyin təbliği məqsədi ilə qanunsuz yayılan çoxsaylı dini ədəbiyyatlar aşkar edilərək götürülmüşdür.

Qeydə alınmış qanun pozuntuları müvafiq qaydada sənədləşdirilərək, qanunsuz dini ibadət-tədris sahəsinin fəaliyyəti dayandırılmışdır.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində araşdırmalar davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam