Redaktor seçimi
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
Günün xəbəri

Kuryoz saxtakarlıq:Sumqayıt bulvarını necə “sünnət” ediblər?-Foto

Kuryoz saxtakarlıq:

 

Yenixeber.org: Sumqayıt bulvarının uzunluğu rəsmi 4,2 km olduğu açıqlanıb. Məktub göndərən oxuculardan biri isə maraqlı faktın şahidi olub.

Kuryoz saxtakarlıq:

 

Onun sözlərinə görə, təsadüfən əli telefonun düyməsinə dəyib və məsafəni ölçən proqram işə düşüb. Bu zaman bulvarın uzunluğu rsmi məlumatlarda qeyd olunduğu kimi 4,2 kilometr yox, heç 2,5 kmdeyil, 2km-dən bir qədər artıq göstərib.

“Təəccüb etdim deyə, maraq üçün təzədən ölçdüm. Özü də bu dəfə bulvarın qapılarından – girişindən axırıncan, gəmilərin gedəcəyi planlaşdırılan dənizin içinə olan estakadaya qədər, yəni ölçünü başlanğıcından axıradak artıqlaması ilə götürdüm.

Mən yenə gəldiyim nəticəyə inanmadım, fikirləşdim bəlkə proqram səhv qeyd edir,buna görə Google Map-a girdim.

Kuryoz saxtakarlıq:

 

Bütün dünyanın etibar etdiyi, sanballı, mötəbər resursu təsdiq etdi ki, bulvarın uzunluğu 2 km-dən bir az çoxdur.

Bəlkə də əslində ola bilsin uzunluq, bulvarın ilkin proyektinə görə 4,2 olmalı idi. Hətta  bulvarın kənarında bulvar boyu paralel uzanan avtomobillə də getsəz sərf olunan kilometrajla da buna əmin olmaq olar.

Kuryoz saxtakarlıq:

 

Əlbəttə bu ölçülərdə 5-10 metr əskik fərq ola bilər. Amma 2 km heç zaman. Düzdür bulvarın qurtacağında, “Priçal” restoranının yanından düz gedən yarımçıq tikili – yol var. Amma bulvarın girəcəyindən Corata tərəf gedən çıxıntı da heç 50 metr olmaz”,-deyə oxucu yazır.

Kuryoz saxtakarlıq:

 

Tikintisi 2015-ci ilin oktyabrında başlanılan Sumqayıt bulvarı keçən ilin senyabrında  istifadəyə verilib.

Məqsəd nədir? Ola bilməz axı tikintisinə milyonlar xərclənən bulvarın real uzunluğundan bulvarın tikintisini aparanların və şəhər rəhbərliyinin xəbəri olmasın?!

Kuryoz saxtakarlıq:

 

Emil Salamoğlu/AzEuroNews/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam