Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Əhalinin sərəncamında bu qədər pul var

Əhalinin sərəncamında bu qədər pul var

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 8% artaraq, 36,247 mlrd. manata çatıb

 

Yenixeber.org: Dövət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, gəlirlərin əhalinin hər nəfərinə düşən həcmi isə orta hesabla 3 728 manat və yaxud ayda 414,2 manat təşkil edərək, 6,9% artıb.

Bu dövr ərzində gəlirlərin 85,8%-i son istehlak xərclərinə, 8,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8%-i (təxminən 652 mln. manatı) kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,9%-i isə yığıma yönəldilib. Beləliklə, kreditlər üzrə faizlərin ödənilməsinə 652 mln. manat yönəldilib. 

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 157,3 mln. manatlıq vəsait qalıb. 

Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisi  gəlirlərinin (31770,8 milyon manat) 85,8 %-i son istehlak xərclərinə, 8,6 %-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 %-i kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib. 3,8 %-in isə yığıma yönəldildiyi açıqlanmışdı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam