Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Beytulla Hüseynovun vaxtilə bir milyon manatlıq apteki:münaqişə var

Beytulla Hüseynovun vaxtilə bir milyon manata aldığı aptek münaqişə obyektinə çevrilib


Nərimanov rayonu ,Ağa Neymətulla küçəsi, "Nərimanov "metrostansiyasının çıxışında yerləşən “Qızıl Gül” apteki alqı –satqı olduqdan sonra tərəflər arasında narazılığa səbəb olub.

Yenixeber.org:Məlumata görə, adıçəkilən aptekin sahibi Eldəniz İbadov 2 il öncə həmin obyekti 1.000000(bir milyon ) manat müqabilində keçmis Rabitə və Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitə İstehsalat Birliyinin(BTRİB) sabiq baş direktoru,hazırda həbsdə olan  Beytulla Hüseynova satıb.B.Hüseynov işini ehtiyatlı tutaraq apteki öz adına deyil, qızının adına rəsmiləşdirib.Pulun 600 mini alqı –satqı günü ödənilib,yerdə qalan 400 min manatın  isə bir neçə ay ərzində ödənilməsi barədə razılığa gəlinib.Lakin xeyli vaxt keçsə də, razılaşmaya əməl olunmayıb, pul ödənilməyib.

Bir müddət sonra Beytulla Hüseynov məlum “Rabitə İşi” ilə bağlı həbs edilib.Bundan sonra onun ailəsi aptekə dair 400 min manatı ödəməkdən ümumiyyətlə  imtina edib.

Nəticədə tərəflər arasında narazılıq yaranıb.Ciddi qarşıdurma yaranmasına baxmayaraq ,aptekin əvvəlki sahibi obyekti boşaldaraq təhvil vermək,sonrakı sahibi isə qalan 400 min manat vəsaiti ödəmək istəmir,münaqişə məhkəmə müstəvisinə qədər gedib çıxır. Rəsmi alqı-satqı müqaviləsini əsas götürən məhkəmə qərar çıxardır ki,E.İbadov aptekin ümumi sahəsi olan 220 kvadrat metrin 168-dən çıxarılsın.Lakin, Beytulla Hüseynovun adamları  E.İbadovu  aptekdən tamamilə çıxartmaq istəyir,buna əsasən də nail olublar.Artıq Eldəniz İbadov aptekə buraxılmır.

Lakin”Qızıl Gül”ün əvvəlki sahibi  bu vəziyyətlə razılaşmır və  yerdə qalan pulunu almayınca obyekti təhvil verməyəcəyini bildirir.

Hazırda tərəflər arasında gərginlik son həddə çatıb və bu vəziyyətin necə yekunlaşacağı qaranlıq qalır.(Faktinfo.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam