Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Araz Ağalarov və oğlu ABŞ məhkəməsinə müraciət etdi-Konqresmenlər isə onlardan xahiş edir ki,...

 

Rusiyalı biznesmen Araz Ağalarov və oğlu Emin yenidən ABŞ məhkəməsinə müraciət edərək Demokratlar partiyasının Milli komitəsinin onlara qarşı qaldırdığı iddianın rədd edilməsini xahiş ediblər.

 Yenixeber.org: Demokratların Milli komitəsinin ötən il qaldırdığı mülki məhkəmə iddiasına əsasən Ağalarovlar da daxil olmaqla bir neçə rusiyalı, o cümlədən Donald Trampın kürəkəni Cared Kuşner, müşavirləri Corc Papadopulos, Rocer Stoun, WikiLeaks saytı və onun qurucusu Culian Assanc ə digərləri 2016-cı il Amerika seçkilərinə müdaxiləyə görə cavabdehlik daşımalıdır. Bu şəxslər əlbir olaraq partiyanın seçki qərargahına kibermüdaxilədə və prezident seçkiləri kampaniyası zamanı elektron məlumatların ələ keçirilməsində ittiham olunurlar.

ABŞ məhkəməsi bu iddianı baxılmaq üçün qəbul edib və prosedura görə iddianın nüsxələrini cavabdehlərə də göndərib. Lakin iddianı Ağalarovla çatdırmaq mümkün olmamışdı.

Ağalarovların cavab iddiasına əsasən demokratların Milli komitəsi onların seçkilərə müdaxiləsinə dair hər hansı sübut təqdib edə bilməyib. İddia ərizəsində Ağalarovların seçkilərə müdaxilə planında əli olmasına və ya bu plandan xəbərdar olmasına dair hər hansı qeyd də yoxdur.

Ağalarovlar hesab edir ki, onlara qarşı ittiham ancaq rusiyalı olduqları və Donald Trampla təmaslarına görə irəli sürülüb.

Bildirilir ki, demokratlar ötən il iddia qaldıranda Ağalarovlar onun rədd edilməsi üçün məhkəməyə müraciət etmişdilər. Bu ilin yanvarında demokratlar iddiaya düzəliş edərək yenidən məhkəməyə təqdim ediblər və nəticədə rusiyalı biznesmenlər yenidən iddianın rədd edilməsi üçün məhkəməyə müraciət etməli olublar.

Bu arada Konqresin Nümayəndələr palatasında çoxluğa malik olan demokratlar Tramp-Rusiya gizli işbirliyinə dair yeni təhqiqat başladıblar. Konqresmenlər bu təhqiqatla bağlı Tramp-Rusiya gizli işbirliyində əli ola biləcək hər kəsdən, o cümlədən Ağalarovlardan təhqiqata kömək etməyi, əllərindəki məlumatları onlarla bölüşməyi xahiş edir. Təhqiqatın nəticəsi olaraq Trampın barəsində impiçment proseduru başladıla bilər.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam