Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir –Biznesini Türkiyəyə daşıyan şok isimlər


“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir
"Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Azərbaycandakı biznesini Türkiyəyə köçürüb. Bununla bağlı mətbuata açıqlama verən İ.Axundov bildirib ki, Azərbaycanda heç bir biznesi yoxdur və hazırda Türkiyədə ciddi işlər görür.

Yenixeber.org: Son illərdə biznesini Azərbaycandan Türkiyəyə daşıyan sahibkarlarla bağlı araşdırma aparmışıq.

Ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanda böyük populyarlıq qazanan və "Azərsun Holdinq”in vitse-prezidenti olmuş Yunus Arifoğlu hazırda Türkiyədə istixana kompleksi işlədir. 

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir

Aydın vilayətinin Germencik bölgəsində bir neçə il əvvəl qurduğu istixana kompleksinin hazırda ziyanla işlədiyi deyilir. İndiyə qədər bu kompleksə 10 milyon vəsait yatıran iş adamı mətbuata açıqlamasında bildirib ki, kompleks ayda 120 ton tərəvəz istehsal edir. İstixana kompleksinin yerin altından çıxan isti su ilə təchiz edilməməsi ucbatından ildə milyonlarla ziyana uğrayan iş adamı yaxın aylarda bu fəaliyyətini dayandırcağını söyləyib.

Bir zamanlar ATV-yə rəhbərlik edən və qardaşları ilə birgə ölkəmizdə böyük biznes şəbəkəsinə malik olan Tağı İbrahimov hazırda Türkiyədə restoran və çimərlik sahibidir.

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir

ATV rəhbərliyindən gedəndən sonra yolunu İstanbuldan salan T.İbrahimov əvvəlcə burada dəyəri milyonlarla ölçülən "Quzu” restoranını, ötən il isə Bodrumda "Nehrəm House” restoranı və çimərlik açıb. İbrahimov qardaşları Azərbaycanda kifayət qədər məşhurdur. Nazim İbrahimov ötən il aprelinə qədər Diasporla iş üzrə Dövlət Komitəsinin sədri, İbrahim İbrahimov (Hacı İbrahim) məşhur iş adamıdır. Münasibətləri kifayət qədər soyuq olan qardaşlar bir neçə ay öncə barışıblar və onların birgə fotoları sosial şəbəkələrdə yayılıb.

Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Azərbaycanda "tikinti maqnatı” kimi tanınan "Şərurlu İsfəndiyar” ləqəbli İsfəndiyar Vahabov öz biznesini Türkiyəyə köçürməyə hazırlaşır.

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir

Uzun illərdir paytaxtda "Şərur MTK” brendi altında müxtəlif binalar və yaşayış kompleksləri inşa edən biznesmenin adı bir zamanlar vətəndaşları aldatmaqda, bir mənzili bir neçə nəfərə satmaqda çəkilirdi. Özü bu xəbərləri təkzib edən "Şərurlu İsfəndiyar” mətbuata müsahibəsi zamanı orta məktəb təhsili olmadığını, yazıb-oxuya bilmədiyini demişdi. Onun bu açıqlaması cəmiyyətdə böyük rezonans yaratmışdı. Sahibkar Türkiyədə hansı sahədə fəaliyyət göstərəciyini deməsə də, iddialar qardaş ölkədə onun tikinti işləri ilə məşğul olacağını deməyə əsas yaradır.

1993-cü ildən "Odlar Yurdu-95” şirkətini yaradaraq, hər il öz sıralarına yeni müəssisələr qatan Vəfadar Həsənov da biznesini Türkiyəyə daşıyanlar arasındadır. 

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir

"Spesfarma”, "Ünalfarm”, "Realfarm” əczaçılıq şirkətlərinin, eyni zamanda Bakıdakı "Kığılı” kimi nüfuzlu brendlərin sahibi olan V.Həsənov 2009-cu ildə əsas biznesini Türkiyəyə köçürüb. Orada "Velfar” əczaçılıq şirkətini təsis edən iş adamı Azərbaycandakı biznesini buraxmasa da, fəaliyyətini zəiflədib. "Velfar” şirkətinin Türkiyədə dərman istehsalı və satışı, o cümlədən idxalı ilə məşğul olduğu iddia olunur. O, həmçinin bir müddət paytaxtda bina inşa edən MTK-larda da əsas payçılardan olub.

Ölkəmizin əczaçılıq sektorunda böyük pay sahibi olan "Paşa K” şirkətlər qrupunun sahibi Xaləddin Quliyev Türkiyədə dərman istehsalı, satışı və idxalı ilə məşğul olan "Vefa İlaç” zavodunun rəhbəridir.

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir

"Europharma” əczaçılıq şirkətini, "Paşa K” apteklər şəbəkəsini və eyniadlı topdansatış məntəqəsini öz ətrafında birləşdirən şirkət hazırda Azərbaycanda fəaliyyətini zəiflədib. Türkiyədə fəaliyyət göstərən zavodun isə yüzlərlə işçisi var. Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, o cümlədən ərəb ölkələrinə məhsul satan şirkət Türkiyənin məşhur universitet və laboratoriyaları ilə əməkdaşlıq edir.

Bir zamanların məşhur siyasətçisi Etibar Məmmədovun da Türkiyədə bizneslə məşğul olduğu iddia olunur. O, özü bunu etiraf etməsə də, artıq xeyli zamandır qardaş ölkədə sahibkarlıq fəaliyyəti göstərdiyi deyilir.

“Şərurlu İsfəndiyar” onların yolu ilə gedir 

Xatırladaq ki, Etibar Məmmədov ötən əsrin 80-ci illərinin sonunda siyasətə gəlib və Azərbaycanın ən böyük partiyalarından birinə-Azərbaycan Milli İstiqlal Partiyasına rəhbərlik edib. 1998 və 2003-cü ilin prezident seçkilərində prezidentliyə namizədliyini irəli sürüb və Milli Məclisin deputatı olub.(azxeber.com) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam