Bizim Berluskoni: Cavid Qurbanovun macəra kimi üç sərgüzəşti –Pərdəarxası…
“Azərbaycan Dəmir Yolları” QSC sədri Cavid Qurbanov həyata qatarların hərəkəti kimi baxır – o yana gedir, bu yana gedir. Onun üçün həyatın fəlsəfəsi görünür hər bir işə sərgüzəşt, macəra kimi yanaşmaqdan ibarətdir.
Yenixeber.org: Deyəsən, bir az İtaliyanın keçmiş baş naziri Berluskoni üslubundadır bizim çox hörmətli Cavid Qurbanov…özünü pozitiv, gümrah aparır, hər işə əyləncə ilə yaxınlaşır.
60 yaşı haqlamış bir dövlət məmuru üçün bir tərəfdən baxanda pis hal deyil. İnsan gərək qəlbən cavan olsun, gənclərlə ayaqlaşsın. İntəhası…
Bu eyhamların lokomotivi də, leytmotivi də C.Qurbanovun 60 yaşdan sonra bukmeyker kontorlarına girişməsidir.
Belə çıxır ki, baş dəmiryolçu yaxşı futbol fanatıdır. Hələ bilmək olmaz, C.Qurbanov futbol klubu da yarada bilər. Digər oliqarx-nazir, məmurlardan nəyi əskikdir ki?!
Madam ki, dəmiryol idarəsi rəisi bu yola çıxıb, “Topaz” qumarının bir hissəsinə səhmdar olaraq sahiblənib, nə deyirik, xeyirli-uğurlu olsun!
Görsənir ki, cənab Qurbanovun azartla arası pis deyil. Sadəcə, onun kofiçent biznesinə girişməsi təəccüblü gəlməməlidir. Axı QSC sədri daha əvvəl də 60 illik yubileyini belə əyləncəli qeyd etmişdi…
Xatırlayırsınızsa dəmiryolçular sədrə sürpriz eləmişdilər, video çarx hazırlamışdılar, o da kadrlarda eşidilirdi, deyirdi ki, tortu axıra qədər yemək lazımdır. Elədir, məmurlar axıra qədər yeməsələr əl çəkmirlər, ancaq büdcə boşalır, yenə də doymurlar.
Məsələnin haşiyəsinə çıxmayaq və biləsiniz ki, C.Qurbanov əyləncə sevən məmurdur. Yubileyi reklam-şou xarakterli keçir, indi də futbol əyləncə-biznesi olan “Topaz”a qoşulur.
Nədənsə xatırlamaq lazımdır – prezident məmurlara dəbdəbəli toylar, ad günləri keçirməməyi xəbərdarlıq etmişdi, israfçılıq etməməyi məsləhət görmüşdü.
Onu da xatırlamaq mütləqdir ki, yubileyini təm-təraqlı keçirən, bukmeyker qumarına qoşulan C.Qurbanov kəlbəcərlidir, bu torpağın Dilqəm və Şahbaz kimi iki oğlu öz yurdunda separatçı erməni silahlıları tərəfindən girov saxlanılırlar.
Üstəlik, C.Qurbanov idarədə yubiley şousu keçirən gün ölkənin qərb istiqamətindən Bakıya gələn elektorvoz qəzaya uğrayıb, qatar relsdən çıxmışdı.
Nəticədə Böyük Kəsikdən, Qazaxdan və Tbilisidən Bakıya gələn qatarların hərəkətində xeyli gecikmə yaranmışdı.
Bakıya gələn sərnişinlərin qohumlarının bildirdiyinə görə, gecikmə çox uzun çəkdiyindən qatarlarda bəzilərinin halı da pisləşmişdi.
Amma həmin gün ölkənin baş dəmiryolçusunu həmin qəza yox, yubileyi ilə bağlı video-çarxın təqdimatı maraqlandırırdı.
Özü də deyirdi ki, tortu axıra qədər yeməmiş getmək olmaz. Bilirik, Cavid müəllim, məmurların köhnə xasiyyətidir, axıra qədər yeməmiş getməzlər!
Doğurdan da prezident İlham Əliyev məcburi köçkünlərlə ad günü qeyd edirsə, özünə yubiley klipi hazırladıb nümayiş etdirmirsə, ay Cavid müəllim bu nə reklam idi?
“Topaz” qumarına girişmək də olar, bahalı yubiley də olar – bir halda, gərək sən dövlət məmuru olmayasan, biznesmen kimi fəaliyyət göstərəsən.
Di gəl yox, qatarlardan gələn pul azlıq edir, dövlətin büdcəsindən dəmiryol infrastrukturunun yaxşılaşdırılmasına yönələn xərclər də yetərli olmur, hökmən kofiçentdən də qazanmalısan.
Hurriyyet.org-un əldə etdiyi məlumata görə, məlum alqı-satqı anlaşmasınadək “TOPAZ”ın səhmlərinin 51 faizi “Turkcell” şirkətinə, 24,5 “Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə “Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub.
“Turkcell” şirkəti öz payını satışa çıxardıqdan sonra çoxlarında belə təsəvvür yarana bilər ki, onsuz da heç nə dəyişmir, “Azerinteltek” QSC-nin əsas payçısı yenə də əcnəbilər olacaq. Əslində isə, heç də göründüyü kimi deyil.
Belə ki, şirkət kimi təqdim olunan “Baltech Investment LLC” əslində Azərbaycan məmurlarından birinə məxsusdur.
Mənbə “TOPAZ”ın 51 faizlik səhminə 19,5 milyon avro (təxminən 38 milyon manat) ödəyən bu şirkətin gerçək sahibinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov olduğunu bildirir.
Bu isə o deməkdir ki, baş dəmiryolçu “TOPAZ”ın səhmlərinin 75 faizindən də çox hissəsinə sahib çıxmaqla, bir növ Azərbaycanın mərc oyunlarına nəzarəti ələ alıb.
Azərbaycanda mərc oyunlarına nəzarəti ələ almaq istəyən Cavid Qurbanovun “Baltech Investment LLC” vasitəsilə “Turkcell”ə etdiyi təklif qarşı tərəf üçün də cəlbedici olduğundan, öz səhmlərini satmağa razılaşıb.
Beləlikə də C.Qurbanov Azərbaycanın “qumar kralı” olmaq iddiasını gerçəkləşdirə bilib. Ümumiyyətlə, Qurbanov Türkiyədə hakim elita ilə yaxşı əlaqələrə malikdir. Cavid Qurbanovun İstanbulda nəvəsinə dəbdəbəli doğum günü keçirməsi də bu mənada yaxşı xatırlanır.
Habelə, onun keçmiş sürücüsü, adı bir sıra sensasion faktlarda çəkilmiş Mahir Lənkərani də iddialara görə, Türkiyədə otelçilik biznesi qurub. O baxımdan Qurbanov üçün “Topaz” səhmlərini almaq üçün əlaqə yaratmaq çətin olmazdı.
Hə, “Topaz” mərcinə girişməsi ilə anlamaq olar ki, cənab dəmiryolçu niyə bir müddət əvvəl mətbuata demişdi ki, Vergilər Nazirliyi indi adam balası kimi işləyir. Görəsən, ondan qabaq nəyin balası kimi işləyirmiş…
Məsələn, jurnalist Sərdar Əlibəyli sual edir ki, Fazil Məmmədovun dövründə nazirlik inəyin, qoyunun yoxsa quzunun balası kimi işləyib?! – bəlli deyil.
Hər halda C.Qurbanov daha yaxşı agah olar ki, vergilərdə adamın balası yoxsa nəyin balası kimi iş sistemi qurmuşdular. Bu xüsusda sual doğurur ki, C.Qurbanov nazirliyin necə işləməsini bildiyi halda dünənə qədər niyə susurdu?
Bu, xalqı ələ salmaqdır, təhqir etməkdir yoxsa nədir? Ölkənin önəmli idarəçilik sütunlarından olan vergi sistemi haqda belə başdansovdu münasibət nə deməkdir?
Yəni, hörmətli Cavid müəllimin bütün işləri belə məzəlidir – nazirliyə ilişməsi də, yubileydə tortu axıra qədər yeməyi əmr etməyi də, qumara girişməyi də…
Həəə, bundan sonra Albalıda (Vişnyovka) yerləşən bağ evində böyük ekranda futbola baxarkən yəqin matçın hesabını əvvəlcədən bilmiş olacaq.(reportyor.info)