Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qüdrət Şükürov milyonları “yeyərkən” HACIBALA ABUTALIBOV XƏBƏRSİZ OLUB? –“Baş liftçi” ilə bağlı qalmaqalın pərdəarxası

 

Xəbər verdiyimiz kimi, ötən həftə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Mətbuat yazır ki, Qüdrət Şükürovun işdən qovulması baş prokuror Zakir Qaralovun təqdimatı əsasında baş tutub. Belə ki, baş prokurorun BŞİH-in başçısı vəzifəsini icra edən Eldar Əzizova müvafiq müraciətindən sonra Q.Şükürov işdən qovulub və “baş liftçi”nin fəaliyyəti ilə bağlı yoxlamalara başlanıb. Həmçinin, o da bəlli oldu ki, Qüdrət Şükürova yaşadığı ünvanı tərk etməmək haqda rəsmi xəbərdarlıq  edilib.
Yenixeber.org: Qeyd edək ki, mətbuatda Qüdrət Şükürovun adı liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanırdı. Xüsusən də qızının toyuna yüz minlərlə manat pul xərcləməsi, ailə üzvlərinin dəbdəbəli həyat tərzi haqda informasiyalardan sonra Şükürovun adı medianın gündəmindən düşmürdü. Hansı ki, müxtəlif mətbu orqanlar onun bir sıra ölkələrdə, xüsusən də Türkiyə, Avropa və Rusiyada mal-mülk alması, banklardan milyonlarla pul çəkməsi barədə məqalələr də dərc etmişdi.

Şübhəsiz, bütün bu yazılanlardan sonra Q.Şükürovun “Lifttəmir” İstehsalat Birliyinin rəhbərliyindən uzaqlaşdırılması heç də təsadüf deyildi. Üstəlik, onu da nəzərə almalıyıq ki, buna qədər “baş liftçi”nin adı beynəlxalq korrupsiya qalmaqlında, daha dəqiq desək, ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktının pozulmasında da hallanmışdı. Hansı ki, məhz bu fakta görə sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələmişdi. Buna səbəb kimi isə şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsi göstərilirdi. SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.
SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift-Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər.

Təbii ki, bu faktlar Qüdrət Şükürovun işdən azad edilməsinin heç də səbəbsiz olmadığını ortaya qoyur. Amma bütün bunlarla yanaşı, bizi başqa bir sual da düşündürür: BŞİH-in “Lifttəmir” İstehsalat Birliyinin rəhbəri milyonluq korrupsiya əməliyyatı həyata keçirərkən, keçmiş mer Hacıbala Abutalıbovun xəbəri olmayıb? Əlbəttə, heç bir halda hansısa məmurun tabeçiliyində olan işçilər onun xəbəri olmadan milyonluq korrupsiya faktını həyata keçirə bilməzlər. Ən azı Azərbaycan reallığında belə bir iddianı ortaya qoymaq mümkün deyil. Çünki hər bir imzanın arxasında müəyyən miqdarda vəsaitin dayandığı kimsəyə sirr deyil.
Bu baxımdan, inanmaq olmur ki, Q.Şükürov milyonlarla manatı “yeyərkən” H.Abutalıbovun xəbəri olmayıb. Yox, kimsə bunun əksini idda edirsə, deməli, o, sabiq merin səriştəsiz bir başçı olduğu qənaətindədir. Ona görə ki, söhbət böyük vəsaitdən və beynəlxalq səviyyədə tanınan bir təşkilatla bağlanılan müqavilədən gedir. Zənnimizcə, öz işinə peşəkar yanaşan, səriştəli bir rəhbər heç bir halda bu faktı diqqətdən qaçıra bilməzdi…
BŞİH-in sabiq rəhbəri Hacıbala Abutalıbovun səriştəsiz bir başçı olmadığını nəzərə alsaq, belə anlaşılır ki, onun baş verənlərdən xəbəri olub. Deməli, hörmətli Hacıbala müəllim “Lifttəmir” İstehsalat Birliyinin baş direktorunun korrupsiya əməllərinə müəyyən səbəblərdən göz yumub. Hansı səbəblərdən? Bu suala cavab axtararkən, belə qənaətə gəlmək olur ki, Q.Şükürov bu qanunsuzluğa təkbaşına imza atmayıb, burada H.Abutalıbovun da rolu olub. İstisna deyil ki, bu pulların da böyük hissəsi məhz sabiq merə ötürülüb.  
Təbii ki, söhbət yalnız bir əməliyyat üzrə həyata keçirilən korrupsiya faktından gedir. Nəzərə alsaq ki, H.Abutalıbovla Q.Şükürov uzun illər BŞİH-də bir-biri ilə bağlantıda olub, deməli, bu kimi korrupsiya əməllərinin sayı heç də 1-2 faktla məhdudlaşmayıb. Maraqlıdır, cəmi bir fakta görə Q.Şükürov işdən qovuldusa, bəs, H.Abutalıbov niyə hələ də baş nazirin müavini postunda qalır? Axı, ən azı məlum korrupsiya qalmaqalı ilə bağlı o da məsuliyyət daşıyır…(muxalifet.az)

 

P.S. Mövzu ilə bağlı araşdırma aparacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam