Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Arif Qaraşov Fərhad Əhmədovun biznes ortağı olub -Onları ancaq biznes maraqlarımı birləşdirirmi?

  Arif Qaraşovun hazırda “Aznar”ın Bakı ofisində oturduğu bildirilir. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəhbəri şirkətdə nar becərilməsi və tədarükü ilə bağlı məsələlərdən sorumludur.

 

Yenixeber.org: Bir zamanlar adı media gündəmindən düşməyən Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovdan çoxdan idi xəbər yox idi. Xidmət rəhbəri vəzifəsindən çıxarıldıqdan sonra onun üzərinə “Qış bulvarı”nın tikintisinin yükləndiyi və buna görə də mülklərini satışa çıxardığı barədə xəbərlər yayılmışdı. Arif müəllim bu informasiyaları təkzib etmədiyindən həmin xəbərlər inandırıcı görünmüşdü. Sonradan Arif müəllimin nə işlə məşğul olduğu barədə məlumat verilmirdi. Ancaq onun bizneslə məşğul olduğu bildirilidi...

Əməkdaşımızın araşdırmaları nəticəsində nəhayət ki, sabiq xidmət rəisinin nə işlə məşğul olduğu meydana çıxıb. Əldə etdiyimiz bilgilərə görə, Arif Qaraşov Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri olan oğlu Fərhad Qaraşova işlərində yardım edir. Amma Arif müəllimin əsas işi “Aznar” şirkətindədir. Onun bu şirkətin ortaqlarından olduğu qeyd edilir. Arif Qaraşovun hazırda “Aznar”ın Bakı ofisində oturduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin sabiq rəhbəri şirkətdə nar becərilməsi və tədarükü ilə bağlı məsələlərdən sorumludur. Onun “Aznar” şirkətinə xeyli investisiya yatırdığı da iddia olunur. 

Qeyd edək ki, “Aznar” şirkəti məşhur rusiyalı oliqarx milyarder Fərhad Əhmədova məxsusdur. “Aznar” şirkəti milyarderin Azərbaycanda təsis etdiyi yeganə şirkətdir. Arif Qaraşovun məhz Fərhad Əhmədovla şərikliliyi isə bir sıra sualların ortaya çıxmasına səbəb olub.

Mətbuatın iddialarına inansaq, hələ xidmət rəisi işlədiyi vaxtlarda Arif Qaraşov böyük məbləğdə kapitala və ciddi ailə biznesinə malik olub. Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin rəhbəri işlədiyi müddətdə onun adı yerli mətbuatda davamlı korrupsiyada hallanırdı və Arif Qaraşov ölkənin ən varlı məmurlarından biri hesab olunurdu. Əlində olan sərvəti qeyri-qanuni qazanc hesabına topladığı söylənilirdi. İşdən çıxarıldıqdan sonra yatırdığı külli miqdarda investisiyalar da deyilənlərə inanmağa əsas verir. 1000 azn-dən bir az artıq əməkhaqqı almış məmurda bu qədər investisiya imkanlarının olması şübhə doğurmaya bilməz.

Bundan başqa, xidmət rəisi vəzifəsindən çıxarıldığı və “Qış bulvarı”nın tikintisi ilə bağlı xeyli “yükləndiyi” üçün hakimiyyətdən narazı qaldığı deyilən Arif müəllimin Rusiyanın azərbaycanlı milyarderi Fərhad Əhmədovun şirkətində peyda olması müəyyən təəccüb doğurur. Qeyd edək ki, cənab F. Əhmədovun adı ən müxtəlif qalmaqallı hadisələrdə hallanır. Prezident seçkilərindən əvvəlki illərdə yerli mediada onun Kremlin Azərbaycanla bağlı siyasi layihələrində yer alması barədə iddialar dolaşırdı. Bəzi media qurumlarının yazdığına görə, cənab F.Əhmədov Kremlin Azərbaycanda hakimiyyətdə gətirə biləcəyi ehtiyat fiqurdur. Lakin Fərhad Əhmədovun Azərbaycan vətəndaşı olmaması bu iddianı zəiflətsə də, müşahidəçilər hesab edirdilər ki, Fərhad Əhmədovun özünün Azərbaycanda seçkilərə qatılması üçün elə də ciddi ehtiyac yoxdur. Kreml Fərhad Əhmədovdan Gürcüstanda Bidzina İvanaşvilidən yararlandığı kimi də yararlana bilər. Qeyd edək ki, bütün bunlar daha əvvəl yerli mətbuatda dərc olunub.

Maraqlıdır ki, cənab Qaraşovun Fərhad Əhmədovla işbirliyinə başlaması da təxminən iki il əvvələ, yəni Fərhad Əhmədovun hakimiyyət iddiaları ilə bağlı söz-söhbətin yayıldığı vaxta təsadüf edir. Hakimiyyətdən narazı olan Arif Qaraşovun Fərhad Əhmədovla məhz həmin vaxtda ortaqlığa başlaması təsadüfdürmü görəsən? Yoxsa Yoxsa Arif Qaraşovu Fərhad Əhmədovla siyasi tellər bağlayır?

Biz bunu iddia etmirik və özü-özündən ortaya çıxan bu sualı da birmənalı şəkildə cavablandırmaq iddiasından da uzağıq...

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam