Yenixeber.org: Bununla bağlı “EurekAlert!”in yaydığı press-relizdə deyilir.
Alimlər beta-hidroksibutirik turşusunun qocalma prosesinə təsirini araşdırıblar. Hidroksibutirik turşular insan bədənində aclıq, zəif dieta və intensiv fiziki hərəkətlərdən sonra yaranır. Məlum olub ki, məhz bu birləşmələr orqanizmə daxil olan kalorinin məhdudlaşdırılması ilə qocalma arasında əlaqə yaradır. Alimlər göstəriblər ki, beta-hidroksibutirik turşusu qan və lenfatik damarların daxili səthində yerləşən endotelial hüceyrələrin cavanlaşmasına təmin edir.
Beta-hidroksibutirik turşusu damardakı toxumaların yenilənməsində iştirak edən Oct-4 faktorunun fəallaşmasını təmin edir.
Alimlər hesab edirlər ki, gələcəkdə bu effekti preparatlar vasitəsilə əldə etmək mümkün olacaq və insanların ac qalmasına ehtiyac olmayacaq. Bu, ürək-damar xəstəliklərinin, xərçəngin və alzaymer xəstəliyinin qarşısını almağa yardım edəcək.