Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Gəncə terrorçuları barədə yeni faktlar

Gəncə terrorçuları barədə yeni faktlar
Gəncədə terror törədən şəxslər barədə yeni faktlar məlum olub.
Yenixeber.org: Məlumata görə, istintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, hadisədən bir gün əvvəl Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana qaçırıb.

Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. 

Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılıb. Baş verən aksiya bilavasitə xaricdən idarə edilib. Əldə edilən bəzi faktlar cinayət iştirakçılarının bir qisminin həm də Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən dini-ekstremist təşkilatla sıx bağlı olduğunu deməyə ciddi əsaslar yaradıb.

Qeyd edək ki, Baş ProkurorluqDaxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti hadisə ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, iyulun 10-da Gəncə şəhərində törədilən qanlı cinayətin bütün iştirakçıları müəyyənləşdirilib, 11 nəfər həbs olunub, Rəşad Böyükkişiyev isə məhv edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam