Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bu meyvələr sizi ölümə apara bilər

ARB TV-nin "Günə doğru" verilişində zəhərli meyvələr haqda süjet yayımlanıb

Yenixeber.org: Ötən ayın əvvəllərindən başlayaraq müxtəlif ticarət mərkəzində qablaşdırılmış alça, çiyələk, ərik kimi meyvələrə rast gəlirik. Satıcılar bildirir ki, sözügedən meyvələrin bəziləri yerli, bəzilər xarici ölkələrdən gətirilib. Mövsümdən əvvəl yetişdirilməsinə gəlincə, onlarda bu haqda məlumat yoxdur.
Yerli təsərrüfatçılar bildirir ki, bölgəmizdə hazırda satılan meyvələrdən alça indi yetişməyə başlayıb, ərik və çiyələk isə, hələ ki, kütləvi satışa çıxarılacaq qədər yetişməyib. Satışda olan məhsullara gəlincə, onlar istixanalarda xüsusi kimyəvi perparatlarla yetişdirilən meyvələrdir.
Mütəxəssislər bildirir ki, təbii yolla yetişdirilən çiyələk və alça sağlamlığa faydalıdır, vitamin və mikroelementlərlə zəngin olan bu giləmeyvələr diş əti, mədə-bağırsaq, ürək qan-damar, tənəffüs sistemi problemlərinə qarşı təsiredici qüvvəyə malikdir. Lakin xüsusi dərmanlarla hazırlandıqda mədə-bağırsaq sistemini pozur, allergik problemləri kəskinləşdirir.
Nazir Adilov (həkim) : "Kimyəvi maddələrdən çox istifadə etdikdə, yaxud da ki həmin məhsullar yuyulmadıqda xəstəliklər baş verir. Belə olanda həmin xəstələrin mədəsi yuyulur, müalicə edilir".
Hazırda satışda olan çiyələk və alçanı xüsusilə uşaqlara vermək tövsiyə olunmur. Uşaq orqanizmi üçün faydalı olan bu meyvələri mövsümündə yemək lazımdır. Əks halda azyaşlıların səhhətində problemlər yarana bilər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam