Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Xərçəng dərmanları və revmatizmin müalicəsi



İnsan immun sistemi təbiətdə bilinən ən güclü özünümüdafiə sistemlərindən biridir. O, virus, parazit, bakteriya kimi çoxsaylı mikrobları kənarlaşdıra bilir. Bəzən immunitet xəstəliklər səbəbilə həddindən artıq zəifləyə bilir, lakin yer üzündə hələ də yaşayan milyardlarla insan (qismən də olsa) immun sisteminin effektivliyinin göstəricisidir.

Lakin bəzi hallarda immunitet "həddini aşır". Yad orqanizmləri bədəndən xaric etmək əvəzinə immun sistemi öz toxumalarına hücum edir. Əksərən xoşagəlməz nəticələrlə sonlanan 1-ci tip diabet, revmatoid artrit və lupus (qırmızı qurd eşənəyi) xəstəliklərinin yaranmasına səbəb olan da budur.
Yenixeber.org:  Revmatoid artrit zamanı immun sistemi hüceyrələri (əsasən limfositlər və makrofaqlar) oynaqları əmələ gətirən toxumaları hədəf alır. Bu da öz növbəsində oynaqların şişməsinə, ağrılara və hərəkətin çətinləşməsinə gətirib çıxarır. Revmatoid artrit xəstələrinin üçdə biri xəstəliyin gətirdiyi ağrılar səbəbilə 2 il içərisində işləməyi dayandırmaq məcburiyyətində qalırlar. Böyük Britaniya və Şimali İrlandiya birləşmiş krallığında xəstəlikdən əziyyət çəkənlərin sayı 400 mindən çoxdur, bunun maliyyə təsiri də öz növbəsində yüksəkdir. Hesablamalara görə, bu iqtisadiyyata ildə  3.8-4.8 milyard funt sterlinq ziyan vurur.
Oxşar xəstəliklərə ankilozan spendilit (bexterev xəstəliyi) də daxildir. O da onurğa sümüklərində ağrılara və hərəkətin məhdudlaşmasına səbəb olur. Birləşmiş krallıqda 200 minə yaxın ankilozan spendilit xəstəsi var ki, bu da ildə təxminən 3.8 milyard funt sterlinqə xərc tələb edir. Eyni zamanda, 16 yaşına çatmamış 12 min uşaq sistemik yuvenil: idiopatik artritdən əziyyət çəkir, bu uşaqlar yetkinlik yaşına çatdığı zaman kəskin hərəkət məhdudiyyəti problemləri ilə qarşılaşırlar.
İnsanın immun sisteminin niyə öz bədəninə ziyan verdiyini anlamağa çalışmaq çətindir və bu müalicələrin irəliləməsinə əngəl törədir. "Əksər hallarda biz revmatoid artritin ən ağır simptomlarını yüngülləşdirəcək müalicələr tətbiq edə bilirik, lakin xəstələr bu dərmanları ömürlərinin axırınadək qəbul etməli olurlar"-deyə London Fransis Krik institutunun professoru İmmunoloq Adrian Heydey bildirir.
Lakin yaxın dövrlərdə Heydey də daxil olmaqla tədqiqatçılar avtoimmun xəstəlikləri ilə mübarizədə gözlənilməz bir müttəfiqlə qarşılaşıblar: xərçəng xəstəliyi. Heydey izah edir ki, bu gözlənilməyən bir əlaqə olsa da, ümidvericidir. "Son 5 ildə xərçəngin bəzi növləri ilə immunoloji metodla aparılan mübarizədə irəliləyiş əldə etmişik. Metastatik melanoma və ağciyər karsinoması ilə mübarizədə daha əvvəl rastlanmamış müsbət nəticələr əldə olunub. Biz pasiyentlərə dərman verməklə onların immun sistemini oyadırıq və beləliklə onlar xərçəng hüceyrələrini hədəf alaraq onlarla mübarizə aparmağa başlayır."- deyə Heydey "Observer" qəzetinə danışıb.
Bu son 100 ildə xərçənglə mübarizədə əldə olunan ən vacib nəaliyyətlərdən biridir. Lakin əks təsirləri də mövcuddur. "Londonda, kliniki tədqiqatımı apardığım Qays xəstəxanasında, xərçəng xəstəliyinə görə immunoterapiya alan 140 xəstə var. Bizim xərçəngə qarşı dərmanlarımız bədxassəli şişlərlə mübarizədə immun sisteminin gücləndirilməsinə xidmət edir. Bu həmçinin revmatoid artrit və diabet xəstələrində rast gəlinən halla eynidir: onların immun sistemi də həddindən artıq aktiv hala gəlir. Nəticə etibarilə immunoterapiya ilə müalicə olunan bəzi xərçəng xəstələrində (xoşbəxtlikdən, az bir hissəsində) revmatoid artrit və 1-ci tip diabet xəstəliyi yaranmağa başlayır. İmmun sistemini gücləndirməklə biz həmin  insanların bu xəstəliklərə meyilliliyini artırmış oluruq. Beləliklə, biz xərçəng xəstələrində meydana gələn bu nadir vəziyyəti müşahidə etməyə başlayırıq."- deyə Heydey açıqlama verib. Bu hallar xərçəng xəstələri üçün mühüm problemlər ortaya çıxarır. Heydey deyir: "Biz xərçəng xəstələrinə müalicə tətbiq etdiyimiz zaman onların rahatlığının təmin olunmasına diqqət yetirməliyik, bizim əsas qayğımız budur".
Buna baxmayaraq, bu kəşfin daha müsbət bir nəticəsi var. Xərçəng immunoterapiyası bəzi hallarda avtoimmun xəstəliklərinə gətirib çıxarır. "Birinci dəfədir ki, biz revmatoid artriti xəstəliyin ilk mərhələlərində araşdırmaq fürsəti qazanmışıq və bu çox vacib amildir."
Hal-hazırkı dövrdə insanlar xəstəliyin simptomları onların həyatını həkimə gedəcək dərəcədə xoşagəlməz hala gətirənə qədər revmatoid artrit olduqlarını bilmirlər. Bu müddət ərzində isə xəstəlik irəliləyir və müalicəsi çətinləşir. Əksinə, əgər nəzarətimiz altında heç bir zaman bu xəstəliyə tutulmayan və xərçəng dərmanları qəbul etdikdən sonra revmatoid artrit və ya 1-ci tip diabetin formalaşdığı xəstələr varsa, o zaman biz bu xəstəlikləri ilkin mərhələsində araşdıra bilərik.  Nəticə etibarilə, Birləşmiş Krallıq Xərçəng Araşdırma Mərkəzi və Birləşmiş Krallıq Artrit Araşdırma mərkəzinin dəstəklədiyi bu araşdırma xərçəng xəstələri üzərində araşdırma apararaq avtoimmun xəstəliklərin kökünün tapılması məqsədilə başladılıb.  Nyukasl sitologiya institutunun professoru Con İsaak deyir:"Xəstələrə xərçəngə görə immunitet dərmanları verdiyimiz zaman bilirik ki, əgər onlar avtomimmun xəstəliklərinə tutulacaqlarsa, xəstəlik növbəti 1-2 ay ərzində özünü büruzə verəcək. XƏstələr vəziyyətdən narazı olmadığı halda biz onları nəzarət altında saxlayırıq, müntəzəm olaraq qan nümunələri götürür və xəstələri müşahidə altında saxlayırıq. Bu yolla biz avtoimmun huüceyrələrinin yaranmasına gətirib çıxaran ilkin hallara nəzarət edə bilirik. Məsələn, biz B və T limfositlərinə sonradan revmatoid artrit və ya digər avtoimmun xəstəliklərə səbəb olacaq bir şeyin baş verdiyini görə bilirik mi?"
Alimlər vurğulayırlar ki, onların işi hələ erkən mərhələdədir və bu bir neçə illik tədqiqat tələb edir. Buna baxmayaraq, insan bədənində avtoimmun xəstəliklərinin yaranmasının ilkin mərhələsinin aşkar edilməsi müalicənin təkmilləşdirilməsində mühüm irəliləyiş təmin edəcək. Bu da öz növbəsində xəstələrə əzab-əziyyət verən və daimi müalicə tələb edən bir çox halların qarşısının alınmasına yardım edəcək.
"Avtoimmun xəstəliklərinə tutulmaq dəhşətli bir işgəncədir. Biz ilk dəfədir ki, nə vaxtsa onların qarşısını alacağımızı fikirləşə bilirik".
Bizim immun müdafiə sistemimiz bədəndəki yad mikroorqanizmləri müəyyənləşdirərək onları hədəf alan hüceyrə və proteinlərdən ibarətdir. İlkin müdafiə xətti dəri kimi fiziki maneələrdən ibarətdir və yad cisimlərin bədənə daxil olmasının qarşısını alır. Bu müdafiə xəttini keçmək mümkün olduqda mikroorqanizmlər artıq hücuma keçirlər. Burdakı əsas hüceyrələr ağ qan hüceyrələridir (leykositlər) ki, xəstəliyə səbəb olan orqanizmləri axtarır və məhv edirlər. Burda bir neçə tip mövcuddur: Netrofillər zədələnmə nahiyəsinə gəlir və bakteriyalarla mübarizə aparmağa başlayır. Helper T-hüceyrələri digər hüceyrələrə təlimat verir, killer T hüceyrələri infeksiyalı hüceyrələrdə deşik açaraq onları məhv edir. Makrofaqlar isə məhv olmuş hüceyrə qalıqlarını təmizləyir. Digər vacib agent B hüceyrəsidir. O, bakteriya və virusların səthinə yerləşərək makrofaq onları həzm edənədək hərəkət etmələrinə mane olur. Bu hüceyrələr uzun müddət yaşayır və eyni infeksiya yenidən üzə çıxdıqda tez bir zamanda ona reaksiya verə bilir. Son olaraq, T-supressor hüceyrələri infeksiya ilə mübarizə başa çatdıqda bütün hücum sisteminii dayandırır. Əks halda killer hüceyrələri (avtoimmun xəstəliklərində olduğu kimi) hücuma davam edəcək. İmmun sistemini yavaşlatmaqla tənzimləyici T hüceyrələri sağlam hüceyrələrin zərər görməsini əngəlləyir. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam