Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Yazda üz dərisinə qulluq qaydaları

Yazda üz dərisinə qulluq qaydaları

 

Yazda üz dərisinə qulluq qaydaları

 

Mövsüm dəyişikliyi zamanı dəridə bir sıra dəyişikliklər baş verir. Ona görə də yazda üz dərisinə qulluq xüsusilə vacibdir, çünki həmin dövrdə dəri daha həssas, zəifləmiş və allergiyaya meyilli olur.

Yenixeber.org:  dərinin təmizliyi çox vacib şərtdir, lazım gəlsə onu gündə iki dəfə - səhər və axşam yuyub təmizləmək lazımdır. Xanımlar qışda istifadə etdikləri ağır tərkibli kremləri daha yüngülləri ilə əvəz edə bilərlər. Yazda dəri çox yağ ifraz etdiyinə görə tərkibi az yağlı olan qulluq vasitələrinə üstünlük verilməlidir. Nəmləndirici kremlə yanaşı, tonikdən də istifadə edilməsi üz dərisinə müsbət təsir göstərir. Qışda istifadə olunmayan günəşdən qoruyucu kremləri yenidən gündəlik makiyaj vasitələri sırasına qaytarmaq olar.

Qulluq kremləri kimi makiyaj vasitələri də daha yüngülləri ilə əvəz edilə bilər. Yaz mövsümü pilinq üçün də ən yaxşı vasitədir, çünki yay aylarında həmin prosedurun tətbiq edilməsi məsləhət görülmür.

Üz dərisinin sağlamlığı üçün vacib olan məsələlərdən biri də sudur. Yazda içilən bol su dərini qurumağa qoymur. Yuxu rejimi də dəri üçün çox əhəmiyyətlidir, çünki yuxusuzluq dəriyə solğunluq və şişkinlik verir. Mövsümə uyğun meyvə-tərəvəz yeyilməsi də orqanizmi təmizləyir.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam