Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Cəlilabadda itkin düşən uşaqların görüntüləri yayıldı, Bulvarda...- FOTO

 

Cəlilabadda itkin düşən uşaqların görüntüləri yayıldı, Bulvarda… – FOTO
Want create site? Find Free WordPress Themes and plugins.

Cəlilabadda itikin düşən məktəblilərdən yeni məlumat var.

Yenixeber.org: Cəlilabad şəhər 7 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Xalidin atası Altay Əliyevin verdiyi məlumata görə, itkin düşən uşaqların grüntülərini aşkar ediblər.

“Polis araşdırıb avtovağzalda görüntülərini aşkarladı. Uşaqların Bakıya gələn avtobusda görüntüləri müəyyən edilib. Onların şəkilləri sürücüyə göndərildi. Sürücü indi Bakıdadır. Bizə bildirdi ki, Bakı avtovağzalında uşaqları düşürüb və onların niyyətləri bulvara getmək olub. Bir də Cəlilabadda bir marketdə,  uşaqların 13:56-ya aid görüntüsü var. Qaranlıq məsələ var ortada, onu aydınlaşdırmağa çalışırıq. Görək həqiqətən bizim uşaqlardır ya yox. Amma sürücü israr edir ki, mən bu uşaqları Bakıya aparmışam”.

-Qaranlıq məsələ nədir?

“Məsələ burasındadır ki, uşaqlar dünən  07:10-da avtovağzalda avtobusa miniblər. Avtobusda görüntüləri görünür. Sürücü də deyir ki, mən həmin vaxt çıxmışam. Marketdəki görüntülər isə dünən Bakı vaxtı ilə 13:56-ya aiddir. Biz bu görüntülərə dünən axşam baxmışıq. Təkrar dəqiqləşdirmə aparırıq ki, əgər marketdəki görüntülər bizim uşaqlara aid olmasa, demək həqiqətən Bakıya gediblər. Hazırda Səbail rayon polis idarəsi də uşaqları axtarır”.

Qeyd edək ki, Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adı ilə evdən çıxıb, bir daha geri qayıtmayıblar.

Doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.

İtkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri olub.(a24)

Nərmin Kərim


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam