Texasdakı kütləvi qətlin səbəbi -Film kimi cinayət
Bazar ertəsi hakimiyyət orqanları elan ediblər ki Evin Kelli ad-soyadlı cinayətkar kütləvi qətlləri məhz onun arvad tərəfdən qohumlarının getdiyi kilsədə törədib.
Yenixeber.org: Hüquq mühafizə orqanlarının bəyanatından məlum olub ki, bir neçə il bundan əvvəl öz arvadını və uşağını döydüyünə görə ABŞ hərbi hava qüvvələrində xidmətdən qovulan Kelli hüquq və imtiyazlardan məhrum edilib.
Xəbər verildiyi kimi, əynində zirehli jilet və qara rəngli geyim olan cinayətkar Texas ştatının Sazerlend-Sprinqs adlı kiçik yaşayış məntəqəsindəki Birinci baptist kilsəsinə gələn dindarlara avtomatik tüfəngdən atəş açıb.
Cinayətkar kilsədəki adamları güllələyəndən sonra hadisə yerindən qaçıb. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, azı biri silahlı olan yerli iki nəfər sakin Kellini təqib etməyə başlayıb. Uilson dairəsinin polis şerifi Co Takitt bildirib ki, təqib nəticəsində Kellinin maşını qəzaya uğrayıb və ilkin məlumata görə cinayətkar özünü güllə ilə vurub.
ABŞ hərbi hava qüvvələrindən verilən məlumata görə, 2010-cu ildən Nyu-Meksiko ştatındakı Hollomann hərbi hava bazasında logistik hazırlıq bölməsində xidmət edən Kelli 2014-cü ildə məcburi qaydada tərxis olunub. Qeyd edilir ki, 2012-ci ildə Kelli öz arvadına və uşağına hücum etməkdə ittiham üzrə hərbi tribunalda mühakimə edilib və pis davranışına görə ordudan qovulub, hərbi rütbəsi azaldılıb və 12 ay həbs cəzası alıb. Bu hadisələr, habelə arvadı və onun qohumları ilə münasibətlərin pisləşməsi bu kütləvi qətl üçün motiv ola bilər.
Texas ştatının qubernatoru, Respublikaçılar Partiyasının üzvü olan Qreq Ebbott mətbuat konfransında qeyd edib ki, Kellinin psixi vəziyyəti ilə bağlı problemləri olması barədə sübutlar var. Onun Texasda silahdan istifadə etməsinə icazə verilməyib. Qubernator Ebbott və Respublikaçılar Partiyasının digər liderləri dərhal bildiriblər ki, Texasdakı kütləvi qətllər ABŞ Konstitusiyasına İkinci düzəlişə müvafiq olaraq ABŞ vətəndaşlarının odlu silaha malik olmaq və həmin silahı gəzdirmək hüququna təsir etməyib. Demokratlar Partiyasının üzvləri Texas qırğınından sonra silah üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması barədə çağırışlarını yenidən səsləndiriblər. (AzərTAc)