Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycanda cinayət törədənlərin çoxu təhsilsiz və işsiz şəxslərdir

Azərbaycanda cinayət törədənlərin çoxu təhsilsiz və işsiz şəxslərdir

 

Azərbaycanda cinayət törədənlər daha çox əmək qabiliyyətli yaşda olub, lakin təhsili və işi olmayan şəxslərdir.

Yenixeber.org: Trend-in məlumatına görə, ötən il Azərbaycanda belə kateqoriyaya aid 12751 şəxs cinayət törədib. Bu göstərici isə əvvəlki illərlə müqayisədə çoxdur. Belə ki, 2013-cü ildə Azərbaycanda əmək qabiliyyətli yaşda olub, oxumayıb və işləməyən 11 420, 2014-cü ildə 12 008, 2015-ci ildə 11 991 nəfər cinayət törədib.

Ümumilikdə son illər ərzində təhsilsiz və işsiz şəxslər tərəfindən törədilən cinayətlərin sayı artsa da, bu göstərici 11 il əvvəllə müqayisədə azdır.

Belə şəxslər tərəfindən ən çox cinayətlər 2010-cu ildə törədilib. Həmin ildə 15 535 cinayət törədilib.

Bu şəxslərin törətdiyi cinayətlərin sayı kiçik fərqlə 2005, 2010, 2011-ci illərdə daha yüksək olub.

2005-ci ildə təhsilsiz və işsiz şəxslər 15 043, 2010-cu ildə 15 535, 2011-ci ildə 15 149 cinayət törədiblər.

Ümumilikdə son illər ərzində Azərbaycanda cinayət törətmiş şəxslərin sayı çoxalıb. 2013-cü ildə cinayət törətmiş şəxslərin sayı 14 841, 2014-cü ildə 15 560, 2015-ci ildə 16 322, 2016-cı ildə 16 676 nəfər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam