Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Yaxın Şərq üzrə məşhur təhlilçi:"Kürdlərin dövləti olmayacaq… Onları yenə də aldadacaqlar"

Yaxın Şərq üzrə məşhur təhlilçi:

 

"Kürdlərin dövləti olmayacaq… Onları yenə də aldadacaqlar"

Yenixeber.org: Bu proqnozu "The İndependent" qəzetinin məşhur Yaxın Şərq təhlilçisi, Robert Fisk verib. O, bu yaxınlarda Suriyanın Hələb şəhərində olarkən yerli rəsmilərin yığıncaqlarından birinin şahidi olub.

"Onlar kondisionerli bir otağa toplaşmışdılar və Əhrar əş-Şam silahlı qruplaşmasının səsli çağırışına mobil telefonda qulaq asır, qəhqəhə çəkib lağlağı ilə gülüşürdülər. Bu müraciətdə suriyalıları onlara namussuzluq gətirmiş ən-Nüsradan üz çevirib Əhrar əş-Şamı dəstəkləməyə çağırırdılar. Ən maraqlısı isə bu idi ki, bir vaxtlar Əhrar əş-Şamın sələfi yaraqlıları iləən-Nüsra əl-Qaidənın döyüşçüləri müttəfiq olmuşdular. Sələfi “Əhrar əş-Şam” Bəşər əl-Əsədin qatı düşmənidir və 11 sentyabr terror hücumlarını məhz bu təşkilatın sələfi olan qrup törədib. Lakin son günlərdə “Əhrar əş-Şam” və “ən-Nüsra” bir-birinə qarşı döyüşür və bir-birlərini qırırlar".

Robert Fisk yazır ki, otaqdakıların qəhqəhə çəkməsi də bu səbəbdəndir. Məqalədə deyilir ki, indi İdlib vilayəti boyunca atəşkəs təşkil etməyə çalışan çox sayda adam var. Buralar boş ərazidir və Əsəd rejimi şəhərləri tərk etməyə razılaşan vəhabi düşmənlərini buralara göndərir. Amma yerli qruplaşmalar arasında sülh razılaşmaları uzun sürmür və indi Hama, İdlib və Hələb üçbucağında qruplararası döyüşlər gedir.

Fisk yazır ki, "buralarda nəyin baş verdiyini başa düşmək üçün elmlər doktoru olmağa ehtiyac yoxdur". Əhrar əş-Şamı Qətər və Türkiyə dəstəkləyir, ən-Nüsra dəstəyini Səudiyyədən və bir də Birləşmiş Ştatlardan alır. Bu qrupu əvvəllər Qətər də dəstəkləyib. Amma indi Səudiyyə ilə Qətər arasında təmsili müharibə bu iki qruplaşmanın arasında gedir.

İndi” Əhrar əş-Şam” həm də özünü fəxrlə "Nurəddin əl-Zəngi" adlandıran türkman qruplaşması ilə müttəfiqdir. Nurəddin əl-Zəngi 12-ci əsrdə Dəməşq və Hələbin səlcuq əmiri olub və səlibçilərə qarşı vuruşub. Lakin o həm də yerli ərəblərə qılınc vurub. Bütün düşmənlərinin bir-birini qırmasına kənardan tamaşa etmək Suriya rejiminin ürəyincədir. Robert Fisk yazır ki, bu arada Facebook-dan başqa bir xəbər gəlir: Türkiyə sərhədində 2500 döyüşçü ən-Nüsraya qarşı vuruşmaq üçün hazır dayanıb. İŞİD və ən-Nüsra arasındakı müttəfiqlik də qalır.

"Ən qatil döyüşçülər tunislilərdir…"

Məqalədə deyilir ki, buradakı qruplaşmalar arasında ittifaqlar onların adları kimi sürətlə dəyişir. Vaxtilə “əl-Qaidə” beləcə “ən-Nüsra”ya çevrilib, lakin Əl-Cəzirə telekanalına verdiyi müsahibədən və yerli etnik azlıqlara mötədillik vəd etdikdən sonra qrup özünə təzə ad qoyub – “Fateh əş-Şam”. Bu da doğrudur ki, indi İŞİD döyüşçüləri ən yaxın magistrallardan azı 120 kilometr kənara atılıb.: "Əgər Suriya bir ölkəyə qarşı müharibə aparsaydı, çoxdan qələbə qazanardı, lakin Suriya dünyanın bir çox ölkələri ilə döyüşür…" – bunu otaqdakılardan biri deyir. Jurnalist yığıncaq otağında başqa bir söhbət də eşidib. Suriyadakı "ən qatil döyüşçülər tunislilərdir".

Bir kişi bunun səbəbini belə izah edir ki, Tunis prezidenti Burquyba qadınlara azadlıq verib və nəticədə çox sayda nikahdankənar uşaq doğulub. Bu uşaqları yetim adı ilə İslam məktəblərinə veriblər və onlara İslam dərsi keçiblər. Bu məktəblərdə uşaqlara sələfi ideologiyasını aşılayıblar. Onlara saqqal saxlamağı və özləri kimi düşünməyənləri öldürməyi əmr ediblər. Fisk yazır ki, bu otaqdakı kişiləri ən çox qəzəbləndirən, az qala İŞİD və Nüsra qədər qəzəbləndirən kürdlərdir.

"O vaxt erməniləri də kürdlər qırıb…"

"Kürdlər elə bilirlər ki, onların şimali Suriyada öz muxtariyyətləri olacaq, – deyə masa arxasındakı kişilərdən biri deyir, – Onlar israillilər kimidirlər. Dünyaya elan edirlər ki, təkdirlər, düşmənlərlə əhatə olunublar və buna görə də qorunmalıdırlar. Amma kürd əhalinin 80 faizi Suriyadan ayrılmağı istəmir. Kürdlər düşünürlər ki, özlərini amerikalılara, almanlara, fransızlara, türklərə – böyük dövlətlərə bağlaya bilərlər".

Suriya rəsmisi davam edir: "Amma Rusiya onlara xəyanət edib. Biz onlara silah vermişdik ki, terrorçulara qarşı vuruşsunlar. Biz onlara daha özlərini qorumaları üçün silah vermirik. Biz onlara silah vermirdik ki, özlərinə dövlətlər qursunlar. İndi onları tamamilə amerikalılar təchiz edirlər". Kişinin bu sözlərinə otaqdakılar razılıqla başlarını tərpədirlər.

"Kürdlər Türkiyədən yaman qorxurlar, – deyə danışan kişi davam edir, – Bilirsiniz də, kürdlər Birinci Dünya Müharibəsindən sonra hər şeylərini itirdilər. Dövlət qura bilmədilər. Onlar ən birinci məğlublar oldular, çünki böyük qüvvələrin əlində oyuncaq idilər. Onlar Kilikiya əhalisinin yarısını – erməniləri və kilikiyalıları qırmışdılar. İndi onlar yenidən bölgədə siyasət oyunu oynamaq istəyirlər, amma yenə də məğlub olacaqlar".

Fisk yazır ki, qiyamçılar ya təslim olur, ya da ölürlər. Hələbdəki kondisionerli otaqdakıların sadə, ümidsiz ovqatı belə idi.

"Amma müharibə qurtaranda vay şimali Suriyadakı kürdlərin halına" – deyə Fisk yazıb. (BBC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam