Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yanacaqdoldurma məntəqələrində sürücülər aldadılır –VİDEO

 

benzin1

Yanacaqdolurma məntəqələrindən daxil olan şikayətlərin sayı gündən-günə artır.

Yenixeber.org:  Ən çox şikayət isə yanacağın göstəriləndən az vurulması ilə bağlıdır.

Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsinin əməkdaşı ən çox nöqsanlar olan yanacaqdoldurma məntəqələrinin hansı ərazilərdə olduğunu da açıqlayıb.

Qurumdan bildirilər ki, yanacaqdoldurma məntəqələri ilə bağlı narazılıqlar, şikayətlər səngimir. Bu şikayətlər əsasən benzinin sayğacda göstəriləndən az vurulması ilə bağlı olur.

Komitənin mətbuat katibi Fazil Talıblının sözlərinə görə, belə yanacaqdoldurmə məntəqələrində yoxlama apara bilmirlər. Səbəb sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılmasıdır.

Yəni belə çıxır ki, yanacaqdoldurma məntəqəsi işlədən sahibkarlar ölçmələrin vəhdəti haqqında qanunu kobud qaydada pozurlar. Qanuna əsasən, hər yanacaqdoldurma məntəqəsi istifadə etdiyi ölçmə cihazlarını akkreditasiya olunmuş laboratoriyalarda yoxlatmalı və onların cihazlarının ölçmələrinin dəqiqliyi etalonla tutuşdurulduqdan sonra təsdiq olunma sənədini əldə edib istismar etməlidirlər. amma sahibkarlar bir çox hallarda bunu etmirlər.

Hətta elə elə yanacaqdolurma məntəqələri var ki, onların sahibləri, yanacağa əlavə qatqılar etmək üçün çənin möhrünü qırılar. Belə fakt təxminən iki il əvvəl aşkar edilib Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həmin sahibkarla bağlı Baş Prokurorluğa müraciət də edib.

Yanacağın keyfiyyəti ilə bağlı məsələyə, toxunan Fazil Talıblı bildirib ki, ölkəmizdə yancaq istehsalı bir zavodda həyata keçirilir və o zavodun istehsal etdiyi yanacağın keyfiyyəti komitənin laboratoriyasında mütəmadi olaraq arşdırılır.

Qeyd edək ki, yanacağın kefiyyətinin aşağı olması və sayğacda göstəriləndən az vurulması faktları daha çox bölgələrdə və magistral yolların kənarlarında olan məntəqələrdən istifadə edən sürücülərdən daxil olur(Xezer TV).

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam