Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Azərbaycan əraziləri “Google”da erməni dilində -VİDEO

Berdzor, Karvagar, Aqn, Varanda... Bunlar Azərbaycanın işğal altında olan ərazilərindən bir neçəsinin adıdır.

Xeberinfo.com:   “Google”-xəritədə bir çox ərazilərimizin adı məhz bu formada, erməni sözləri ilə təqdim edilir.

"Xəzərxəbər" bildirir ki, dünyanın nəhəng axtarış sistemi olan “google”-xəritəyə daxil olub, ölkəmizin işğal altında olan yerlərinin adalarını yazan zaman, adların Azərbaycan versiyası ilə yanaşı erməni dilində dəyişmiş formasına rast gəlirik. Qarabağ müharibəsindən indiyə kimi isə Azərbaycana məxsus 700-dən çox yerin adı dəyişdirilib.

Ermənişünas-araşdırmaçı İsmayıl Tanrıverdinin sözlərinə görə, ermənilər tərəfindən bu günə qədər təkcə Qarabağ ərazisində 120 məntəqənin adı dəyişdirilib. Bir çox yerin adı isə təhrif edilib.

İTK mütəxəssisi Osman Gündüz isə bildirir ki, xəritə xidməti təklif edən bir çox şirkətlərdə bu tipli problemlərlə rastlaşmaq mümkündür. Bunun əsas səbəbi isə ölkəmizdə həmin şirkətlərlə işləyən bir qurumun olmamasıdır.

Problemdən Azərbaycanın Xarici İşlər Nazirliyi də xəbərdardır. Nazirlik tərəfindən edilən müraciətlər hələlik nəticəsiz qalıb.

Adların dəyişdirilməsi üçün hər bir istifadəçi “google” şirkətinə müraciət edib bu səhvlərin aradan qaldırılmasına yardımçı ola bilər.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam