Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Oliqarx dövlətdən 25 milyon dollar qoparmaq istədi -İlişdi...

Xeberinfo.com:   Azərbaycanda bir vaxtlar neft və neft məshullarının alveri hesabına varlanan, Tovuzun “Turan” futbol komandasının keçmiş sahibi, oliqarx Musa Süleymanov dövlətdən 25 milyon dollar ucuz kredit qoparıb xarici ölkədəki biznesinə yatırmaq istəyib. Lakin özü də “fırıldaqçı” kimi tanınan bu iş adamı dələduzun toruna düşüb və xeyli pulu güdaza gedib.

Bu barədə virtualaz.org saytına daxil olmuş cinayət dosyesində bəhs edilir.

Bakının Nərimanov rayonu polis idarəsi tərəfindən dələduzluq ittihamı ilə 2015-ci ilin noyabrında qaldırılmış cinayət işinin sənədlərindən məlum olur ki, oliqarx Musa Süleymanov Gürcüstanın Batumi şəhərində tikdirdiyi, “kubik-rubik” formalı 30 mərtəbəli otel-kazino layihəsini maliyyələşdirmək üçün Azərbaycanın Sahibkarlığın İnkişafına Dəstək Milli Fondunun ucuz kreditlərindən istifadə etməyə cəhd göstərib.

Azərbaycanlı oliqarxın həmin otel-kazino tikintisi layihəsi barədə virtualaz.org əvvəllər yazıb. M.Süleymanovun “ADO-G Group” şirkəti həmin oteli İsveçrənin “Swiss-Belhotel İnternational” otel brendi ilə françayzinq müqaviləsi əsasında tikir. Otel “Grand Swiss-Belhotel Batumi” adı altında fəaliyyət göstərəcək. Oteldə 1000 kvadratmetr sahəyə malik kazino, 300 kvadratmetrlik konfrans zalı, 4 kafe və restoran, o cümlədən otelin 30-cu mərtəbəsində yerləşən və Qara dəniz mənzərəli penthaus-restoran, SPA-mərkəz fəaliyyət göstərəcək. Ən azından layihədə belə deyilirdi. Lakin sonradan oliqarxın maliyyə çətinlikləri baş qaldırıb və tikinti yarımçıq qalıb.

Və istintaq materiallarına əsasən bu diribaş tovuzlu Azərbaycanın Sahibkarlığa Kömək Milli Fondunun ucuz kreditindən istifadə etməyə cəhd göstərib və fonddan 25 milyon dollar kredit qoparmağın yollarını axtarmağa başlayıb. Lakin Fond xarici ölkələrə investisiya yatırmaq üçün deyil, Azərbaycanın özündə kiçik və orta sahibkarlığın inkişafı üçün yaradılıb. Bu fonda hər il ayrılan yüz milyonlarla dollar vəsait onun üçün nəzərdə tutulub ki, iş adamları həmin vəsaitdən aşağı faizli, güzəştli kreditlər götürərək Azərbaycanda yeni iş yerləri yaratsınlar, qeyri-neft sektorunun inkişafını təmin etsinlər və beləliklə də ölkə iqtisadiyyatını irəli aparsınlar. Yəni fondun vəsaitlərinin Süleymanovun Gürcüstandakı investisiyalarına heç bir dəxli yox idi.

Süleymanov özü də bunu bilməmiş deyildi, ona görə də fondun vəsaitlərindən 25 milyon dollarlıq “yağlı tikə”ni qoparmaq üçün birbaşa yollardan deyil, dolayısı yollardan istifadə etməyə cəhd göstərir. O, günlərin birində Nəsibli Etibar Eldar oğlu ilə tanış olur, onların arasında münasibətlər yaranır və həmin şəxs oliqarxa vəd edir ki, Sahibkarlığa Kömək Milli Fondundakı güclü əlaqələri hesabına M.Süleymanova 25 milyon dollar kredit düzəldə bilər. Və kreditin müddəti 14 il, faizi isə ilik cəmi 5 faiz olacaq.

Bəs oliqarx bu Eldar Nəsibli ilə necə tanış olur? İstintaq materiallarına əsasən bu,, Süleymanovun “Qafqaz Biznes İnkişaf Mərkəzi”nin direktoru olan Elnarə Ələkbərova adlı tanışının sayəsində 2014-cü ildə baş tutub. Çox keçmədən Nəsibli Eldar M.Süleymanova ucuz kredit düzəldəcəyi vədi ilə ondan 2014-cü ilin mart ayında iki dəfəyə olmaqla cəmi 45 min manat “xidmət haqqı” alır.

Süleymanov 25 milyon dollar ucuz kreditin gəlib çıxacağını gözləməkdə idi ki, Nəsibli Eldar onu daha bir sərfəli sövdələşmə ilə şirnikləndirir. Oliqarxı inandırır ki, Sumqayıtda İqtisadi İnkişaf Nazirliyinin xətti ilə yeni ictimai iaşə obyektlərinin tikintisi üçün tender elan olunub. 6 milyon dollarlıq bu sifariş “Bik Teknik” MMC adlı şirkətə verilib və əgər M.Süleymanov hörmət etsə onun şirkətinin bu tikintiyə nəzarət etməsini təmin edəcək. Və bu cür şirnikləndirmə yolu ilə Nəsibli Eldar M.Süleymanovdan daha 40 min manat qoparır. Əhvalat 2014-cü ilin aprelində baş verir. Və hər iki epizod üzrə E.Nəsibli M.Süleymanovu inandırmaq üçün onun şirkətinin kredit müraciəti və tenderdə iştirakı ilə bağlı sənədləri hazırlayır. Ancaq sonradan nə tenderdən, nə kreditdən xəbər çıxmadığını görən oliqarx hüquq-mühafizə orqanlarına müraciət edərək ona cəmi 85 min manat “atan” şəxs barədə şikayət edir. Nəsibli saxlanılır, ancaq barəsində həbs qətimkan tədbiri seçilmir. Onun işi baxılmaq üçün məhkəməyə göndərilib.

Xatırladaq ki, M.Süleymanovun “kubik-rubik” otelinin açılışı 2016-cı ilə planlaşdırılırdı. Lakin Gürcüsan mətbuatı bir müddət əvvəl yazmışdı ki, azərbaycanlı investorun işləri yaxşı getmir və otelin tikintisi katlavan mərhələsindən o yana keçməyib. “ADO-G” şirkətlər qrupu 1998-ci ildə Bakıda qeydiyyatdan keçib, şirkətin əsasını qoyan Musa Süleymanovdur. Şirkət Azərbaycanın neft-qaz sferasında logistika və podratçı xidmətlər göstərməklə məşğuldur. Biznesə SOCAR, “McDermot Caspian Construction”, “Nobel Oil”, “Salyan Oil”, “Gobustan Operating” və digər şirkətlərə neft avadanlıqlarının satışı ilə başlayıb.

M.Süleymanov tikinti biznesinə də girib, yollarn tikintisinə dair tenderləri qazanıb, yaşayış binalarının tikintisi ilə məşğul olur. Ötən il mətbuat yazıb ki, oliqarxın Azərbaycan Beynəlxalq Bankına 100 milyon dollara yaxın kredit borcu var və Musa Süleymanov həmin borcları qaytara bilmədiyini görərək ölkəni tərk edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam