Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vergidən yayınan AZAL haqqında niyə tədbir görülmür?

azal
Xeberinfo.com:   Hesablama Palatasının birinci yarımillikdən sonra “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlarda, Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətində vəsaitlərdən istifadəyə dair, Lənkəran şəhər Təhsil Şöbəsi, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş audit zamanı ortaya çıxartdığı faktlar ürəkaçan deyil. Bizimyol.info saytı nəticələrə istinadən xəbər verir ki, AZAL tərəfindən Vergi Məcəlləsinin tələbləri pozularaq Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt qiyməti ilə ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım məbləği müəyyən edilərkən rezident hüquqi şəxslərə Azərbaycan ərazisində təqdim edilmiş reaktiv yanacaq məhsullarının həcminin də ixrac kimi nəzərə alınması və gəlirdən çıxılan xərclərə aid edilməsi səbəbindən dövlət büdcəsinə mənfəət vergisi az hesablanıb. Həmçinin Vergi Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmayaraq rezident hüquqi şəxslərə təqdim edilmiş reaktiv yanacaq məhsulları üzrə dövriyyələrin əlavə dəyər vergisinə cəlb edilməməsi və bir sıra alışlar zamanı əlavə dəyər vergisi üzrə öhdəliklərin yerinə yetirilməməsi, vergi agenti qismində ödəmə mənbəyində tutulan vergilərin birbaşa dövlət büdcəsinə ödənilməməsi halları müəyyən edilib.
Dövlət şirkətində əyləşənlər riyaziyyatdan zəifdirlər
 
Bundan başqa, QSC-də dövlət əmlakının saxlanması və istifadə olunmasını tənzimləyən qanunvericilik aktlarının tələblərinə tam riayət edilməyərək uçotdan silinmiş hava gəmiləri, aviamühərriklər, avtonəqliyyat vasitələri, maşınlar, avadanlıqlar, hesablama texnikası və digər əsas vəsaitlərin ayrı-ayrı hissələri və yararlı materialların miqdarı müəyyən edilməyib, bazar qiyməti ilə qiymətləndirilməyib.  Müxtəlif məzmunlu əməliyyatlar üzrə hesablaşmalara görə keçmiş illərdən yaranmış debitor borcların bağlanması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, xarici ölkələrdəki nümayəndəliklərdə nağd hesablaşmalar qanunvericiliklə kassa əməliyyatlarına dair müəyyən edilmiş tələblərə uyğun tam rəsmiləşdirilməyib, beynəlxalq sərnişindaşımalar üzrə aviabiletin qiymətinin tərkibində tarifdən əlavə yığımların növlərinin müəyyənləşdirilməsi və miqdarının hesablanması əsasları da rəsmiləşdirilməmiş qalıb. Həmçinin, statistik hesabatların tərtibində təhriflərə yol verilməsi və nizamnamə kapitalının məbləğinin müvafiq sənədlərdə fərqli göstərildiyi də müəyyən edilib.
Amma bildirilir ki, yol verilmiş bəzi nöqsanlar audit dövründə aradan qaldırılıb, digərlərinin də qısa müddət ərzində aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilib Palataya məlumat verilməsi məqsədilə kollegiya qərarının surəti və Təqdimat AZAL-a, hesablanmış əlavə vergi və maliyyə sanksiyaları məbləğlərinin şəxsi vərəqəyə işlənməsi və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi məqsədilə müvafiq aktın surəti və kollegiya qərarından çıxarış isə Vergilər Nazirliyinə göndərilib.
HP “AZAL”ın baha qiymətlərindən dolayı hesabat istəyib 
 
Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısı”na daxil edilən aeroport xidmətləri, aeroportların uçuş zolaqları və qurğuların istismarı, hava gəmilərinə aviasiya və aeronaviqasiya xidmətləri, aviasiya təhlükəsizliyinin təmin edilməsi xidmətləri, uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmilərinə göstərilən texniki xidmətlər üzrə tariflərin müvafiq qaydada tənzimlənməsi məsələsinə baxılması məqsədilə İqtisadiyyat Nazirliyinə təkliflərin, həmçinin beynəlxalq sərnişin daşıma xidmətləri üzrə aviabiletlərin agent satışı qiymətləri üzərində sonrakı müşahidə qaydasında monitorinqlərin aparılması, qiymət artımlarının səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması istiqamətlərində tədbirlərin görülməsi üçün kollegiya qərarından çıxarışın Dövlət Mülki Aviasiya Administrasiyasına göndərilməsi qərara alınıb. Palata eyni zamanda nəticələr barədə Milli Məclisə də məlumat verib.
Göründüyü kimi, təkcə bir şirkətdə kifayət qədər nöqsan və qanun pozuntuları var. İnzibati Xətalar Məcəlləsinin 547-ci maddəsinə görə, Hesablama Palatası sədrinin müvafiq təqdimatlarının icra edilməməsi Hesablama Palatası sədrinin qərarı ilə dövlət orqanı, idarə, təşkilat və müəssisənin xəzinə və bank hesabları üzrə əməliyyatlarının dayandırılması barədə təqdimatının xəzinə orqanları və müvəkkil banklar tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Hesablama Palatası haqqında” Qanuna əsasən Palata dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərir. Amma nəyə görəsə belə təşkilatlar çox vaxt cəzasız qalır. Adıçəkilən qurumlarda ciddi nöqsanlar aşkarlamasına baxmayaraq, Palata bunlar barədə yalnız MM-ə məlumat verməklə kifayətlənib. Görünür Palatada Prokurorluqda əyləşənləri narahat etmək istəmirlər.
Qəsəbələrin tikintisində «Qaçqınkom»a irad bildirilib
 
Auditor tərəfindən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” üzrə əhatə olunan tədbirlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan vəsaitlərin də məqsədyönlü və qənaətlə istifadəsi, habelə mənzil tikintisinə yönəldilən qoyuluşlar üçün ayrılan vəsaitlərdən istifadənin səmərəliliyinin daha da yüksəldilməsi, yaşayış qəsəbələrinin tikintisinin qüvvədə olan normativ hüquqi aktlara əməl edilməklə keyfiyyətinin artırılması, tikinti-quraşdırma işlərinin ayrılan vəsait çərçivəsində tam həcmdə və vaxtında yerinə yetirilməsi və tikintisi başa çatdırılmayan qəsəbə və obyektlərin inşasının müəyyən edilən müddətdə başa çatdırılması istiqamətində təxirəsalınmaz tədbirlər görülməsi barədə Palatanın tövsiyyə xarakterli iradı da bu sahədə düzəldilməyə ehtiyacı olan xeyli nöqsanın mövcudluğundan xəbər verir.
Gununsesi.info 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam