7 saylı internat evində dövlət qayğısına qıfıl vurulub? - ŞOK İDDİA
Xeberinfo.com: Bir müddət bundan əvvəl bizimdovr.az-a daxil olmuş məlumatlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Saray qəsəbəsində yerləşən 7 saylı internat evində baş verən çeşidli qanun pozuntularına dair açıqlamalar təqdim olunmuşdu. Həmin məlumatlar əsasında qəzetimizdə dərc etdiyimiz məqalədə biz göstərmişdik ki, bu müəssisə xüsusi qayğıya ehtiyacı olan, fiziki və əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir məkandır. Bu internat evində uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlə təmin olunurlar. Bizdə olan məlumata görə, 405 yerlik müəssisədə hazırda 125 nəfər uşaq yaşayır. 7 saylı internat evinin fəaliyyətinə dair aldığımız açıqlamalarda bildirilir ki, müəssisəyə rəhbərlik edən Pərvanə Səfərova burada mütəmadi olaraq bir çox qanunsuz əməllərin həyata keçməsinə zəmin yaradır. Mənbələr tərəfindən təqdim edilən açıqlamalara görə, müəssisənin sakinləri davamlı olaraq diqqətsizlikdən əziyyət çəkirlər. Müəssisə rəhbərliyinin yarıtmaz fəaliyyəti nəticəsində burada məskunlaşmış xəstə uşaqlar dövlətin, ictimai qurumların və ayrı-ayrı şəxslərin göstərdikləri qayğıdan yararlana bilmirlər. Hətta bəzi mənbələrin iddiasına görə, müəssisədə məskunlaşan xəstə uşaqlar məcburiyyətdən Saray qəsəbəsində fərdi evlərə sığınır, sakinlərdən yardım diləyirlər. Baxmayaraq ki, vaxtaşırı olaraq internat evinə müəyyən imkanlı şəxslər bilavasitə ərzaq yardımları da göndərirlər, əksər hallarda bu yardımlar internat evinin sakinlərinə çatmır. Belə ki, müəssisə rəhbərliyi həmin yardımların mənimsənilməsinə birbaşa şərait yaradır. Müəssisəyə xəstələr üçün göndərilən ərzaqların əksəriyyəti isə qəsəbədəki mağazalarda satılır. Mətbuata təqdim olunan açıqlamalardan birində isə, internat evinə verilən ət və ət məhsullarının uşaqlardan gizlədilərək satıldığı vurğulanır: “Bura dövlət tərəfindən, ayrı-ayrı qurumlar və imkanlı şəxslər tərəfindən yardımlar edilir. Hər gün demək olar ki, 5-10 imkanlı şəxs avtomobillərlə yardım məqsədilə bu müəssisəyə qoyun və inəklər kəsib gətirir və xəstə uşaqlara verilməsi üçün direktora təqdim edirlər. Amma, həmin ətlərdən xəstə uşaqlara bir tikə də olsa verilmir. Ətlər dərhal xüsusi adamlar vasitəsilə Saray qəsəbəsi və Sumqayıt şəhərində fəaliyyət göstərən xüsusi ət dükanlarına ucuz qiymətə satılır. Məsələn, müəssisə rəhbərinin tapşırığı lə dana ətinin bir kiloqram 4 manat, qoyun ətinin kiloqramı isə 6 manat 50 qəpikdən dükanlara satılır...”
Təbii ki, bu kimi xüsusi müəssisələrdə yaşayan uşaqlar onlara göstərilən dövlət qayğısının təzahürünü ilk növbədə həmin müəssisələrdə çalışan kollektivin onlara münasibətində tapırlar. Bu münasibətlər isə əlbəttə ki, daha çox konkret müəssisə rəhbərləri tərəfindən həyata keçirilən idarəçilik prinsipləri əsasında formalaşır. Başqa sözlə desək, məhz müəssisə direktorlarının insani keyfiyyətləri, məsuliyyətləri və iş bacarıqları burada yaşayan insanların cəmiyyətimizə və dövlətə qarşı müəyyən münasibətlərinin formalaşmasında xüsusi rol oynayan amil kimi çıxış edir. Təəssüflər olsun ki, bu gün biz irəli sürülən tələblərə heç də cavab verməyən bəzi kadrların da belə məsuliyyətli vəzifələrə təyin edilməsi hallarına hələ də rast gəlirik. O cümlədən, Saray 7 saylı fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün internat evinin direktoru Pərvanə Səfərovanın öz fəaliyyətində yol verdiyi müxtəlif qanun pozuntuları barədə mətbuat səhifələrində dəfələr tənqidi materiallar dərc olunub. Lakin buna baxmayaraq müəssisənin problemləri hələ də öz həllini tapa bilmir.
Məlumdur ki, bu gün cəmiyyətimizin, xalqımızın gələcəyi olan uşaqlara diqqət və qayğıdan danışarkən hər bir insanın qəlbində qeyri-ixtiyari olaraq sevgi, məhəbbət və mərhəmət kimi ülvi duyğular baş qaldırır. Həm də bu hisslər müəyyən fiziki qüsurları olan uşaqlara münasibətdə özünü hər zaman daha qabarıq formada büruzə verir. Bir həqiqətdir ki, bu kimi müəssisələrdə yaşayan və təhsil alan uşaqların digər həmyaşıdlarından daha artıq qayğı və diqqətə ehtiyacı olur. Əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti, ölkə rəhbərliyi bu uşaqların bütün ehtiyaclarının ən yüksək səviyyədə təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Onların yaşadıqları müəssisələrin yerləşdiyi binalar əsaslı təmir olunur və ən müasir avadanlıqlarla təchiz edilir. Həmçinin uşaqların sağlamlığı, ərzaq və geyim təminatı, istirahət və asudə vaxt məsələləri də daima xüsusi diqqət mərkəzində saxlanılır. Lakin təəssüflər olsun ki, bəzi hallarda belə müəssisələrə rəhbərlik edən şəxslər burada yaşayan insanlara göstərilən dövlət qayğısını da, ictimai diqqəti də az qala heçə endirir.(Sonolay.org)
Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.