Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

YAP-çı kazino "kralı"ndan faktlar

 

Azərbaycanda qumarxanaların sayı durmadan artır.

Xeberinfo.com:  Əsasən Binəqədi rayonunda yağışdan sonrakı göbələk kimi çoxalan belə obyektlərin isə maraqlı rəhbərləri və b himayədarları var.

Jam.az-ın araşdırmasına görə, qumarxanalar ayrı-ayrı şəxslər arasında bərabər şəkildə bölüşdürülməklə yanaşı, həm də paytaxtın mərkəzinə qədər yayılıb.

«Qumar Kralları» sırasında önəmli yerlərdən birini Arzuman adlı şəxs tutur. Arzuman kimsəyə güvənmədən Bakıda çoxlu sayda qumarxana açaraq, onları işlətməklə məşğuldur. Əsasən puluna güvənən bu şəxs adının dillərə düşməməsi üçün pul xərcləməkdən çəkinmir.

Araşdırmalar nəticəsində məlum olub ki, Arzumanın Bakıda toplam 18 qumar oynanılan obyekti var. Onlardan 9-u lotoxana şəklində, 9-u isə kazino formasında fəaliyyət göstərir. Maraqlı məqam odur ki, Arzuman adlı həmin şəxs hər yaşına uyğun olaraq bir qumarxana açıb. Məsələn, 41, 42, 43, 49…

Qeyd edək ki, bu qumarxanaların mərkəzi 28 May küçəsində yerləşən «Bakı» restoranındadır. Elə Arzumanın özü də məhz həmin restoranda əyləşir və digər obyektlərini oradan idarə edir. İşin ən maraqlı tərəfi odur ki, «Bakı» restoranında fəaliyyət göstərən qumarxananın əsas müştəriləri məhz dindarlardır. Xüsusən bu müştərilərin «Bakı»da peyda olmasının əsas pik nöqtəsi Nardaran olyalarından sonraya təsadüf edir. Niyə məhz həmin olaydan sonra dindarların Arzumanın qumarxanalarına dadanmalarının sirri hələlik məlum deyil.

Bu qumarxanalar şəhərin hər yerinə yayılmaqla, özünə yetərli qədər müştəri toplamağı da bacarıb. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr Meydanında fəaliyyət göstərən «Buta» restoranı da Arzumana məxsusdur. Və orada hər gecə qumar oynanıldığı xeyli adam tərəfindən təsdiqlənir.

Arzumanın şərik olduğu şəxslər də var və onlarla ortaq şəkildə qumarxanalar işlədir. Məsələn, 20 Yanvar metrosu ərazisində yerləşən «Real Klub» faktiki olaraq Sənan adlı şəxs tərəfindən işlədilir. Amma Sənan işin içində tək deyil, həmçinin onunla bərabər Arzuman və Süleyman adlı şəxslər də var.

Qeyd edək ki, bu apardığımız araşdırmanın çox kiçik hissəsidir. Hazırda əməkdaşlarımız toplan 20-yə yaxın olan və Arzumana bağlı olan qumarxanaların yerlərini müəyyən edərək, orada çəkilişlər aparmaqdadırlar. Yaxın günlərdə həmin videogörüntülər oxucularımıza təqdim olunacaq.

Barəsində söz açılan Arzuman Muradlı hakim Yeni Azərbaycan Partiyasının fəal üzvülərindəndir. O, hazırda YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvüdür. 2005-ci il parlament seçkilərində partiyanın deputatlığa irəli sürdüyü namizədlərindən olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam