Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qobustan təhsilində 180 min manatlıq müəmma

 

Qobustan təhsilində 180 min manat nəyə xərclənib?
Füzuli Gülalıyev bu qədər pulun hesabını necə verəcəyinin qorxusunu yaşayır 

Xeberinfo.com:  Qobustan Təhsil Şöbəsində qalmaqal baş verib. Yaxın vaxtlarda Maliyyə Nazirliyinin aparacağı yoxlamalardan dolayı ilkin araşdırma zamanı məlum olub ki, 180 min manat vəsait təyinatı üzrə xərclənməyib. 

Demokratiya.info xəbər verir ki, təhsil şöbəsinin müdiri Füzuli Gülalıyev yaranmış vəziyyətdən qorxuya düşüb. O, bu qədər pulu necə geri qaytaracağını belə bilmir. Məlumatlarda deyilir ki, həmin pulun 9180 manatı yumuşaq inventarların satın alınması adı ilə silinib. 

Bu pulun 18934 manatı isə avadanlıqların satın alınmasına xərclənib ki, bu sənəd üzərində olan əməliyyatlardan biri sayılır. Digər maşın və avadanlıqların satın alınmasına sərf olunmuş vəsaitin həcmi 37170 manat olub ki, bunun da reallığı əks etdirmədiyini Qobustanda bilməyən yoxdur. 

Füzuli Gülalıyevin həyata keçirdiyi əməliyyatlardan ən böyüyü bərk inventarların alınması zamanı baş verib ki, bu zaman 75500 manatın silindiyi iddia edilir. Vurğulanır ki, əsaslı təmir işləri üçün ayrılmış 46000.12 manatın da aqibəti digərlərindən fərqlənməyib.

Qarşı tərəfin mövqeyini öyrənməyə hazırıq

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam