Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

İdarə rəisinin 2 oğlu İŞİD-ə qoşulub?- ŞOK İDDİA

 

Xızı Elektirk Şəbəkəsinin rəisi Asim Qəmbərovun oğlanlarından biri həbs olunsa da, digəri hazırda Suriyada döyüşür


"Xeberinfo.com":   Məlumata görə, “Azərişıq” ASC-nin Xızı şəbəkəsinə rəisi Asim Qəmbərovun 2 oğlundan biri İŞİD terror təşkilatına qoşulub. Bu məlumatı JAM.AZ-a Xızı sakini, həmçinin həmin idarədə işləyən Tahir Xudiyev məlumat verib. 

O iddia edib ki, Asim Qəmbərovun oğlu Azər Qəmbərov İŞİD-ə qoşulduğu üçün həbs olunub və hazırda həbsdədir. “Azər Qəmbərov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriyada İŞİD terror təşkilatı və digər silahlı birləşmələrin fəaliyyətində iştirak edib. MTN İstintaq Baş İdarəsi tərəfindən haqqında Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 170.3-cü maddələri ilə cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.

Tahir Xudiyev JAM.AZ-a yazır ki, Asim Qəmbərovun digər oğlu isə hazırda Suriyada döyüşür. “Asim Qəbmərovun tərbiyə edib, böyütdüyü 2 oğlu dövlət qarşı çıxıb. O da dövlətdən aldığı maaşla, qazandığı pullarla dövlətə qarşı çıxan övladlarının ailələrinə baxır. Dövlət siyasətini dəstəkləyənlər AZƏRİŞIQ tərəfindən çıxarılır. Nəzarətçi-mühəndisi Rəşad Hümbətov nəzarət qrupunda quldurluq edir. Nəzarətçi-mühəndisə xüsusi xidməti avtomobil də ayrılıb”. 

O qeyd edib ki, Xızı Elektrik Şəbəkəsinin rəisi “Azərişığ”ın Şimal RETSİ-ni ailə şirkətinə çevirib. “Bir ailənin 2, hətta 3 üzvü, ər-arvad, ata-oğul, həmçinin pensiyaçılar işlə təmin edilib. “Lakin ailənin tək işləyən şəxslər işə qəbul edilməyib”. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam