Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi haqda ilginc iddialar

 

Məhəmməd İmanov Kərəm Həsənovla birlikdə BisMak Qida Sənaye Kompleksi MMC-nin, həmçinin Sumqayıt politlen zavodunun şəriklərindən biridir

"Xeberinfo.com":   Məlumata görə, Azərbaycanda bir sıra məmurlar var ki, üzdə çox görünməsələr də, tutuduqları vəzifələrdən istifadə edərək dövlətin milyonlarla manat vəsaitini mənimsəyirlər, rüşvət və korrupsiya yolu ilə böyük sərvət sahibinə çevrilirlər.

Bu cür şəxslər uzun müddət əməllərini gizlətməyə, mətbuatın, cəmiyyətin və ölkə rəhbərliyiyinin diqqətindən yayınmağa çalışsalar da, bir çox hallarda sonadək buna nail ola bilmirlər. 

Bir sıra hallarda isə belə məmurlar hansısa bir sahədə ailə-klan monopoliyası, hakimiyyəti yaradaraq dövlətin milyonlarını mənimsəməklə yanaşı, insanları kütləvi şəkildə ölkə rəhbərliyindən narazı salırlar. Belə şəxslərdən son zamanlar hakimiyyətin diqqətini özlərinə cəlb edənlər arasında Əmlak Məsələləri Üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin rəisi Məhəmməd İmanov və onun qardaşı Əmlak Məsələləri Dövlət Komitəsinin 6 saylı Beyləqan Regional Ərazi İdarəsinin qeydiyyat şöbəsinin müdiri olan Zaman İmanov da da var. 

Gunxeber.com-a daxil olan məlumata görə, son vaxtlar bu qardaşların böyk sərvətə sahib olmaları, rəhbərlik etdikləri sahələrdən gələn çoxsaylı şikayətlər dövlətin ali rəhbərliyinin diqqətini çəkib və hazırda müvafiq qurumlara onların fəaliyyətinin araşdırılması tapşırılıb. Məlumatda o da bildirilir ki, artıq ilkin araşdırmalar zamanı İmanov qardaşlarının çoxsaylı qanun pozuntuları, qısa müddətdə böyük sərvətə sahib olmaları üzə çıxıb. Məlumatda qeyd edilir ki, araşdırmalar davam edir və çox güman ki, İmanov qardaşlarının etdikləri cavabsız qalmayacaq.

Qeyd edək ki, indiyədək bu qardaşların qanunsuzluqları, mənimsəmələri və digər əməlləri ilə bağlı mediada çoxsaylı materiallar dərc olunub. Onlardan bir neçəsinə diqqət edək.
Həmin məlumatlarda M.İmanovun ondan artıq villasının, bir çox iri şirkətlərdə payının, Bakıda ona qədər evinin, şadlıq evlərinin, dükan və çay evlərinin, başqa obyektlərinin olduğu bildirilir.

Bundan başqa M.İmanovla bağlı gedən yazılarda bildirilirdi ki, o xidmət rəisi kimi Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin ölkə üzrə Ərazi idarələrinin reyster qeydiyyat şöbə rəislərinə təsdiq etdikləri hər bir əmlak pasportuna görə rüşvət təyin edib. Həmin məlumatlarda iddia edilir ki, M.İmanov ay ərzində reyster qeydiyyat şöbə rəislərindən 300 min manatdan çox vəsait toplayır. Bu isə ildə 3,5 milyon manatdan artıq qazanc deməkdir.

Həmin yazılara təkrar nəzər saldıqda məlum olur ki, M.İmanov topladığı bu vəsaitlər hesabına artıq ölkədə adlı-sanlı məmur oliqarxlardan birinə çevrilib və vətəndaşlardan əldə etdiyi milyonlar sayəsində özünə böyük biznes sahələri yaradıb. Hətta Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti rəisinin fabrikləri belə var. Bu fabrikləri isə onun öz şefi, Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovla şərikli olaraq əldə etdiyi vurğulanır. Həmin yazılardan konkret məqamlara diqqət yetirək:

“Məhəmməd İmanov Kərəm Həsənovla birlikdə “BisMak Qida Sənaye Kompleksi” MMC-nin, həmçinin Sumqayıt politlen zavodunun şəriklərindən biridir. Məhəmməd İmanovun bu iri müəssisələrdə şərikliyi məhz Kərəi Həsənovun sayəsində əldə etdiyi bildirilir. Ulduzu son bir neçə ildə parlayan məmur-oliqarx korrupsiyadan əldə etdiyi gəlir vasitəsi ilə Nizami rayonu, «Vosmoy» deyilən ərazidə 2 mağazaya, 1 çay evinə, 4 mənzilə, Yasamal rayonunda 1 çay evinə, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində dəyəri bir neçə milyona yaxın olan böyük malikənəyə sahibdir. Elə həmin ərazidə Məhəmməd İmanov qardaşınada 1 villa tkdirib. Bundan başqa göstərilir ki, Nəsimi rayonu Amerika səfirliyin yaxınlığında Məhəmməd İmanovun 3 mənzili, Binəqədi rayonunda ayrı-ayrı yerlərdə bir hektara yaxın torpaq sahəsi var.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin başqa bir villasının da Masazır qəsəbəsində olduğu bildirilir. Şamaxı rayonu Pirqulu ərazisində də malikanə sahibi olan Məhəmməd İmanov hazırda Qax rayonunda yeni villa tikdiyi də qeyd olunur. Həmçinin Quba rayonunun Qəçrəş kəndində Məhəmməd İmanovun görənləri heyran qoyan dəbdəbəli villası olduğu vurğulanır.

Tam bir villa həvəskarı olan Məhəmməd İmanovun başqa bir dəbdəbəli villasının isə Biləcəri dairəsinin yaxınlığında olduğu qeyd olunur. Məhəmməd İmanov bir çox nazirlərdən heç də kasıb olmadığını sübut etmək üçün İstanbulun mənzərəli yerlərindən birində dəyəri 1 milyon dollardan artıq olan villa belə alıb. Həmçinin Xidmət rəisinin dəyəri yüz min manatlarla ölçülən bir neçə avtomobilə sahib olduğu da qeyd olunur. Ümumilikdə isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin ölkədə və xaricdə ondan artıq dəbdəbəli villasının olduğu qeyd olunur.

Lakin bu hələ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisinin əmlakının hamısı deyil. Əslən Beyləqan rayonundan olan Dövlət Xidməti rəisinin doğma rayonunda qardaşına və özünə məxsus bir neçə dəbdəbəli evi, 200 hektardan çox torpaq sahələri yüzlərlə mal qara, qoyun olan ferması olduğu bildirilir”.

Həmin məlumatlardan və ümumilikdə yayılan xəbərlərdən məlum olur ki, xidmət rəisinin kiçik məmur olan qardaşı Zaman İmanovun da topladığı sərvət də kifayət qədər böyükdür. Z.İmanovla bağlı mətbuatda gedən və yayılan məlumatlarda bildirilir ki, o özünün və qardaşının imkanlarından istifadə edərək çoxlu sayda dövlət müəssissələrinin, ərazilərinin qanunsuz özəlləşdirilməsini həyata keçirib, bir çox rayonlarda onlarla əmlakı, ərazini dəyərindən dəfələrlə aşağı qiymətə yaxınlarının adına sənədləşdirib.
Eyni zamanda rüşvət qarşılığında xeyli obyektin müxtəlif şəxslərin adına rəsmləşdirilməsində iştirak edib.

Bu məlumatlarda bildirilir ki, bütün bunlar İmanov qardaşlarının mətbuata və cəmiyyətə bəlli olan qanunsuzluqlarının yalnız bir hissəsidir. Ancaq onlar bu əməllərini sonadək ört-basdır edə bilməyiblər və adları dövlət rəhbərliyinin “qara siyahısı”na düşüb. İmanov qardaşları ilə bağlı baş verən proseslərdən məlumatlı mənbələr qeyd edirlər ki, hazırda onlar qanunsuzluqlarını və sərvətlərini gizlətməyə çalışırlar. Ancaq bu onlara heç də asan başa gəlməyəcək.

Aldığımız məlumatda o da qeyd edilir ki, İmanov qardaşlarının, xüsusən də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun ən yaxın adamı kimi tanınan Məhəmməd İmanovun adı Beynəlxalq Bank vasitəsilə dövlətin yüz milyonlarla manatını mənimsəyən oliqarxların bir çoxunun müxtəlif dövlət müəssisələrini qanunsuz özəlləşdirmələrində iştirakçı və dəstəkçi olmaqda da keçir. Bu isə çox ciddi faktdır və digər əməlləri də daxil olmaqla bu cür məsələlər onları bitirə bilər.

Yazıdakı məqamlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam