Redaktor seçimi
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Günün xəbəri

Bu da Bakı villaları - FOTOLAR

 

İlk beşliyin qiymətləri açıqlandı.
"Xeberinfo.com":   Bir müddət əvvəl Azərbaycandakı villaların qiymətlərinin yunan adalarının qiymətindən belə baha olması ilə bağlı məlumat vermişdik.
 
Hətta, ekspertlər yunan adalarına investisiyanın gələcəkdə səmərəli olması ilə bağlı da proqnozlar vermişdilər. 
 
Hazırda mənzil bazarında ən bahalı villaların qiymətləri ilə bağlı araşdırma apararaq, bu cür elit tikililərin ilk beşliyini tərtib edib. 
 
1. Bakıda Avropa hotelin ətrafında, Küveyt, Mərakeş səfirliyinin yanında villa
 
 
35 sot torpaq ərazisi, 1500 kv metr tikintisi olan villa 3 yataq otağı, 1 qonaq otağı,1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 m²-dir. Təmirdə istifadə olunmuş məhsullar və evin mebelləri Afrikadan, İspaniyadan, İtaliyadan, Fransadan gətirilib. Satıcı gələcəkdə bu evin səfirliyə kirayə verilməsini də məqəsəduyğun hesab edir. Qiyməti nə az nə çox düz 12 milyon manat.  
 
2. Bakıda, dəniz mənzərəli villa
 
 
 
Evin yaşayış sahəsi 2800 kv metr. Otaqlarının sayı-12. Bu villanın 7 yataq otağı, 6 hamamı, 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qiyməti - 5 milyon 450 min manat. 
 
3. Bakının Teymur Əliyev küçəsi, Avesta Konserninin yaxınlığında villa
 
 
 
Bu villa üçün də istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır. 
 
4. Bakıdan bir qədər kənarda Şüvəlanda villa
 
 
Bu villa  4 mərtəbəli və dəniz mənzərəlidir. Villa 10 otaqdan ibarətdir. 1-ci mərtəbəsində geniş 69.48 m2 salonu, 36.00 m2 hidromasajlı hovuzu, 15.64 m2 saunası, 23.00 m2 mətbəxi,3 san/q olan evin döşəməsi İtalya istehsalı olan fosforlu , yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv metr, qiyməti 4 milyon manatdır. 
 
5. Bakının H.Cavid prospekti Şüşəli bazarın arxasında villa
 
 
Bu villa H. Cavid prospekti və əsas yola çıxır. 5 mərtəbəlidir, 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv metr, 12 otağı var, qiyməti 3 milyon 800 min manat.
 
Onu da əlavə edək ki, bu tip elit mənzillərin qiymətinin baha olmasını ekspertlər maya dəyərin yüksək olması ilə izah edirlər. (Bina.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam