Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Talıbov dövlətimizi necə satıb? –Şokedici iddialar

Naxçıvan hadisələri ilə bağlı Azərbaycanda əhalinin kifayət qədər məlumatı yoxdur.

Yenixeber.org: Bu sözləri Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Reaksiya TV-nin efirində deyib.

O bildirib ki, hər şey Azərbaycanda Birinci vitse-prezidentin təyinatı ilə başlayıb:

“Konstitusiya dəyişikliyi olanda və Birinci vitse-prezidentlik institutu yaradılanda bu vəzifəni kimin tutacağı müzakirə edilirdi: Ramiz Mehdiyevin, Vasif Talıbovun və s. adı çəkilirdi. İlham Əliyev heç kəsin gözləmədiyi, çox ciddi bir gizlini ilə Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə gətirdi və İran-Rusiya qüvvələrinə zərbə vurdu. Həmin epizoda təkrar baxa bilərsiniz: o təyinat zamanı Azərbaycanda Rusiya-İran “5-ci kolonu”nun nümayəndələrinin hamısı şoka düşdü. Bundan sonra onlar başladılar öz mövqelərini gücləndirməyə. İlk bəyanatı Əli Həsənov (Prezidentin sabiq köməkçisi, PA-nın keçmiş şöbə müdiri – red.) verdi. Əli Həsənovu Prezident ali məsləhətçi (köməkçi – red.) vəzifəsinə yüksəltmişdi. Əli Həsənovu məcbur etdilər ki, “Azərbaycanda bəzi adamlar Şirvan dövləti yaratmaq istəyir, biz buna imkan verə bilmərik, bunlar Azərbaycanı parçalamaq istəyir” bəyanatını versin. Bu sözlərin hədəfi kim idi? Əlbəttə, Mehriban Əliyeva.

Ondan sonra Ramiz Mehdiyev bəyanat verdi ki, biz İlham Əliyevdən başqa kim hakimiyyətə gələcəksə, onunla mübarizə aparacağıq. Bu söz kimə qarşı yönəlmişdi? Əlbəttə, Mehriban Əliyevaya.

Rusiya və İranın “5-ci kolon”u elə bir alternativ haqda düşünürdü ki, o, həm Heydər Əliyev tərəfdarlarını, həm də Naxçıvan-Ermənistan klanının maraqlarını ifadə etsin. Bunlar Heydər Əliyevin qohumu olan Vasif Talıbovun üzərində durdular. Başladılar Vasif Talıbovu prezident vəzifəsinə hazırlamağa. Vasif Talıbov da addım-addım Naxçıvanı Azərbaycanın suverenliyindən çıxarmağa başladı.

Baxın, İran Naxçıvanı işğal edəcəyi ilə bağlı açıqlama verir, ancaq nə Naxçıvan MR-in sədri, nə də digərləri İrana cavab verir. Niyə heç olmasa bir deputat çıxıb, İrana həddini göstərmir?”

S.Cəlaloğlu bildirib ki, İranın Naxçıvanla bağlı bəyanatının meydana çıxma vaxtı da təsadüf deyildi:

“İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə Naxçıvana iddiası, təxminən, eyni vaxtda ortaya çıxdı. Məsələ budur ki, Zəngəzur dəhlizi ilə bağlı Rusiyanın da öhdəliyi var və İran Rusiyaya müqavimət göstərə bilməz. Deməli, Zəngəzur dəhlizinin açılmasının qarşısını almağa İranın imkanı yoxdur. Ona görə ikinci məsələ Naxçıvan MR-i təsir altına almaq qalır.

Faktiki olaraq ermənilər Zəngəzur dəhlizinin açılmasına hansı problemlər yaradırdısa, Vasif Talıbov da bu dəhlizə Naxçıvanda o cür problem yaradırdı.

İran açıq-açığına bəyanat verir ki, Naxçıvandan bəzi adamlar bizə müraciət ediblər ki, Naxçıvan İrana birləşməlidir. Naxçıvan niyə bunu aydınlaşdırmır? İran bununla bağlı göndərilən məktubu nümayiş etdirir. Vasif Talıbovun əleyhinə bir nəfər anonim məktub yazanda, dərhal tapırlar. Bəs, Naxçıvandan İrana məktub yazanları niyə indiyə qədər aşkara çıxarmayıblar?

Mənim aldığım məlumata görə, İranla bağlı Naxçıvan ərazisində işlər görən Azərbaycan vətəndaşlarının hamısına İran pasportu veriblər. Bu, çox böyük təhlükədir”.

S.Cəlaloğlunun sözlərinə görə, Naxçıvanda dövlət əleyhinə o qədər ciddi, Türkiyə-Azərbaycan birliyinə qarşı elə böyük addımlar atılıb ki, bu xəyanət cavabsız qala bilməzdi:

“Ramiz Mehdiyevin dəfələrlə Naxçıvana getməsi və hakimiyyətin ələ keçirilməsi ilə bağlı planlar cızdığı haqda çoxsaylı məlumatlar var”.

O qeyd edib ki, Vasif Talıbov faktiki olaraq Azərbaycanın qlobal layihəsinə qarşı çıxır:

“Buna isə nə onun, nə də havadarlarının gücü çatar”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam