Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İlqar Ağazadənin büdcədən əldə etdiyi vəsaitlə Azərbaycana ləkə yaxması...- içməli su kanalının zədələnməsində payı

 

 

 

İlqar Ağazadə büdcədən əldə etdiyi vəsaitlə Azərbaycana ləkə yaxması... - içməli su kanalının zədələnməsində payı


Paytaxtın əsas magistral yollarından sayılan Babək prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində ərazidən keçən mövcud magistral su xətləri yenilənir.

Yenixeber.org: "Azərsu" ASC-nin mətbuat xidmətindən media nümayəndələrinə verilən məlumata görə, Babək prospektində icra olunan layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması üzrə Master Plan çərçivəsində həyata keçirilir. Layihəyə əsasən, Babək prospekti boyunca 1000 və 800 mm polad borularla 7 km uzunluğunda əsas magistral, prospektin sağ və sol hissəsi ilə polietilen borularla 11 km uzunluğunda paylayıcı kəmərlər çəkilir. Bu kəmərlərdən ətraf küçələrə çıxışlar veriləcək, bütün evlər və obyektlər yeni şəbəkəyə qoşulacaq.

Layihə çərçivəsində +41 Şərq anbarında əsaslı yenidən qurma işləri görüləcək. Su ehtiyatlarının optimal idarə edilməsi məqsədilə + 41 Şərq anbarı ilə + 82 Şərq su anbarını əlaqələndirən 700 mm diametrli yeni magistral xəttin inşası da nəzərdə tutulur.

Xalqına, gələcəyinə xəyanətdə deyilsə bəs nədir...?

Bütün bu işlərin hamısı təqdirəlayiq olduğu kimi qınaq olunacaq məsələlər də mövcudur. Belə ki, müxalif şəxslərin ölkə siyasətini, iqtisadiyatını və sosialına vurula biləcək bütün zərbələr üçün daim hazır gözləməkdədirlər. Qardaş Türkiyədə son çevriliş məsələsinə nəzər saldıqda müşahidə edirik ki, FETÖ-çular illərlə dövlətin ən gəlirli mənbələrindən qidalanaraq imkanlarını daha da genişləndirmiş və əldə etdikləri gəlirlə hakim dairələrin onların diqqtəsi ilə idarə edilməsi niyyətini həyata keçirmək istəmişdilər. Düzdür liderin səriştəsi əzaməti ilə bütün bu təxribat xarakterli məsələlərin günahkarları həbs edildi və bu gün də həmin prossesin davamı getməkdədir.

Azərbaycanda məhs elə qardaş dövlətdə gedən prosseslərin eynisini müşahidə edilməsi isə təsadüfü deyildir. Hamıya məlum olduğu kimi Gülənçilərin bir qolunun da Azərbaycandan çıxması bizim də hüquq-mühafizə orqanlarını hərəkətə gətirmiş və daxili təmizlik işləri aparılmışdı. Müxalifət düşərgəsində adları çəkilməyən, amma maddi dəstəklərinin daim onlarla olması məsələsinə gəldikdə bu gün Ümid Partiyasının rəhbəri İqbal Ağazadənin bisnesmen (iş adamı) olan qardaşı İlqar Ağazadənin aparılan abadlıq işlərində daha çox gəlir az xərc prinsibləri nəzərə çarpmaqdadır. NZS deyilən ərazini daşlı torpaq qatını daşıyan İlqar Ağazadənin texnikalarının daşıdığı yükün məhs Babək prospektindən keçən su borularının üzərinə tökməsi artıq lahiyədə qanunsuz dəyişiklik etməsi deməkdir. İ.Ağazadənin tutduğu bu yol sonda həm Azərbaycan Respublikasının büdcəsinə və gələcək taleyini risk altına almaqdadır. Göründüyü qədər məsələyə biganə yanaşan "Azərsu" ASC isə bununla bağlı susmağa üstünlük verir. İşbazların Azərbaycan xalqının taleyi ilə oynamasına göz yumanlar mütləq şəkildə qanun qarşısında cavab verməli olacaqlarını unutmaqdadırlar. Ölkə rəhbərinin siyasətinə kölgə salan dövlət büdcəsini tarimar edərək biri beşə vuranlar diyəsən unudulublar. Ziya Məmmədovun vaxtı ilə sel suları kimi yollardan qazandığı milyonları, Fazil Məmmədov kimi milyonlarla oynayan şəxsin, Eldar Mahmudov kimi güc struqturunu əlində saxlayıb milyonları mənimsəməsi onların başına gələnlər gələcək nəsillərə ibrət olmalıdır. Xalqın milyonlarını İlqar Ağazadə kimilər mənimsəyərək il ərzində ölkədən xaricdə və daxildə müxalif yönlü Azərbaycanın suverenliyini qəbul etməyən özünü media adlandıraraq xalqın adını avropalıların qarşısında ləkəyənləri maliyyələşdirmək üçün istifadə edirlər. Kanal13, Meydan TV, kimi sosial kanallara pul xərcləyən İlqar Ağazadə bu gün xalqın içməli suyunun keçdiyi dəmir boruların zədələnməsi üçün yumuşaq qum deyil qazıntıdan 10-15 manata əldə etdiyi daşlı betonlu torpaq daşıtdıraraq suyumuzun gəliş məqamının ömrün azaltmaqdadır. 

P.S. Məsələ ilə bağlı Bakunews.az əməkdaşlarının adı çəkilən ərazidə baxış keçirdikləri zaman qeyd edilən 5 km-dən artıq ərazidən keçən içməli su borularının gələcəyinin sual altında olduğu müşahidə edilib. Qeyd edək ki, Avtomobil yolunun yenidən qurulması zamanı "Azərsu" ASC-nin məhsul şəxslərinin nəzarəti olması gərəkən məsələlərdə diqqətsizliyə yol verilib. İlqar Ağazadəyə həvalə edilən dəmir boruların örtülməsi məsələsində şəffaflıq tamamilə pozulmuşdur. Babək prospekti boyu dəyişdirilməsi nəzərdə tutulan 11 km paylayıcı kəmərlər müxalifət liderinin qardaşına həvalə edilərək cəmiyyətin su ehtiyacının qarşılanması təhlükəyə atılıb desək yanılmarıq. Belə ki, İlqar Ağazadənin tender qalibləri ilə əlbir olaraq dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitin dəyərində heç bir iş görülməyib. İlqar Ağazadə (Hacı ləqəbi ilə tanınan) podratçı iş adamı fəaliyyətlərində neqativ hallarla rastlaşmaq mümkündür. Sosial şəbəkələrdə barəsində müsbət bir məqalənin olmamasıda bunun subutudur ki, İlqar Ağazadə gördüyü işlərdə sadəcə və sadəcə gəlirini düşünməkdədir. O , Azərbaycan xalqının bu günü və gələcəyi haqqında heç nə düşünmək fikrində deyildir. Atdığı addımlar və qardaşı müxalifət partiya rəhbərinin sıx təmasları sayəsində ona aid olmayan bütün işlərin içində onu görmək mümkündür. Görəsən bu şəxslərə kimlər və hansı məqsədlərlə şərait yaradır ki, bunlarda xalqın taleyi ilə bu cür rahat şəkildə "rəqs" edirlər. Əslində isə bütün bunları xalqına, gələcəyinə xəyanət də adlandırmaq olar. 

Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam