Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Qərargah rəisi:Alpinistlərin izlərini müəyyənləşdirmək olmur

Qərargah rəisi:

 

 

 

 

 

Ərazidə tez-tez qar uçqunları olduğundan izləri müəyyənləşdirmək olmur

Yenixeber.org:  Bunu Report-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi Şahin Mirzəyev deyib.

Onun sözlərinə görə, axtarışlar hər gün saat 06:00-dan 17:00-a qədər davam edir:

“Axşam saat 17:00-dan sonra axtarış işləri dayandırılır. Çünki hava kəskin soyuq olduğundan axşam saatlarında axtarışların aparılması mümkün deyil. Burada bəzən -15-20 dərəcə şaxta müşahidə olunur. İtkin düşən alpinistlərin hərəkət ehtimalı olduğu ərazilərdə hər gün qazıntı işləri aparılır. Bəzi yerlərdə qar uçqununun dərinliyi 7-8 metrdir”.

Qərargah rəisi bildirib ki, sosial şəbəkələrdə yayılan yanlış məlumatlar axtarış işlərini çətinləşdirir:

“Sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, yalan məlumatlar yayılır. Bu insanlarda çaşqınlıq yaradır və itkin düşən alpinistlərin yaxınlarına da mənfi təsir göstərir. Mən axtarışın rəhbəriyəm və hazırda dağın başındayam. Bu yalan məlumat yayanların məqsədi nədir?! Bir daha bütün KİV nümayəndələrini və sosial şəbəkə istifadəçilərini hər hansı məlumatı rəsmi təsdiqi olmadan yaymamağa çağırıram”.

 

Xatırladaq ki, dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü (Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə) geri qayıtmayıb və onlarla əlaqə kəsilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam