Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verən 'JEK' rəisi
Bərdə rayonunda baş verən özbaşınalıqlarla bağlı redaksiyamıza daxil olan məlumatların ardı-arası kəsilmir

Yenixeber.org: Daxil olan bu dəfəki informasiyalarda Bərdə Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədovla bağlı tükürpədən faktlar yer alıb.

Belə ki, redaksiyamıza daxil olan məktubda göstərilir ki, sonuncu dəfə dövlət tərəfindən adıçəkilən quruma 85 min manat vəsait ayrılıb: “Lakin ayrılan vəsaitin hara xərclənməsi tamamilə sual altındadır. Bu vəsait ayrılandan sonra, R.Məmmədov özünə “Land Kruiser” markalı (90-190 dövlət nömrə nişanlı) avtomobil alıb”. Bundan başqa, bu vaxta qədər ayrı-ayrı vaxtlarda ümumilikdə ayrılmış 3 milyon manat dövlət vəsaiti də dağıdılaraq, R.Məmmədovun şəxsi həyatına, təmtəraqlı şəraitinə sərf olunub.

Məsələn, aşağıda şəkilləri ilə tanış olacağınız evi R.Məmmədov Mənzil-Təsərrüfat Birliyinə dövlət vəsaitinin ayrıldığı gündən bir müddət sonra alıb. Həmçinin, Tərtər rayonunda öz ata yurdunu sökdürərək yerində ecazkar bir villa tikdirib. Məsələ ilə bağlı münasibət öyrənmək üçün, R.Məmmədovla əlaqə saxladıq. Bu faktları sadaladığımız zaman, özünü itirmiş jek rəisi, ağzına gələni danışırdı. O, Bərdə rayon İcra Hakimiyyətinin Başçısı cənab Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verdiyini, Başçının göstərişi ilə jekin 4 işçisini qanunsuz və əsassız olaraq işdən azad etdiyini, onların maaşını Başçıya verdiyini, həmin işçilərə məhkəmədə uduzduğunu belə dilindən qaçırdı. Onun fikirləri çox qarışıq idi. Bütün bu nüansları müşahidə etdikdən sonra, redaksiya olaraq qərara aldıq ki, vətəndaşların müraciəti tam əsaslıdır və bu informasiyaları dərc etməliyik ki, insanların mətbuata olan inamları itməsin.

Daxil olan müraciətdə o da göstərilir ki, R.Məmmədov Bərdə rayon İcra Hakimiyyəti Ərazi İdarəetmə Orqanları ilə İş Şöbəsinin müdiri Zaur Bəylərovla əlbir olaraq, 3 milyon manat pulu mənimsəyib. 

Bu və ya digər məlumatları araşdırmalarımızdan sonra təfərrüatı ilə, yaxın günlərdə oxucularımıza təqdim edəcəyik. 

Rauf Məmmədovun yeni aldığı evinin fotoları. (Arazmedia.az)

Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verən 'JEK' rəisi
Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verən 'JEK' rəisi
Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verən 'JEK' rəisi
Vidadi İsayevə, hər ay 5000 manat rüşvət verən 'JEK' rəisi