Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Nurgün Motors” şefinin oğlu həbsdən necə qurtuldu?-Video

“Nurgün Motors” şefinin oğlu həbsdən necə qurtuldu?

 

 Yenixeber.org: 15 sutka həbs cəzası alan “Nurgün Motors” şirkətlər qrupu rəhbərinin oğlu Nurxan Əliyev azadlığa çıxıb.

Məlumata görə, noyabrın 22-də həbs müddəti bitən N.Əliyev ev şəraitində vaxtını keçirir.

İçkili vəziyyətdə avtomobil idarə edən, yol polisinin “saxla” əmrinə tabe olmayan, saxlandıqdan sonra yol polis əməkdaşını yumruqlayan şirkət rəhbərinin övladı artıq yaxasını cinayət işi açılmasından qurtarıb.

N.Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilmişdi.

Ona hakimiyyət nümayəndəsi olan polisə xəsarət yetirmək maddəsi ilə cinayət işi açıla bilərdi.

 


Xatırladaq ki, Rəşid Behbudov küçəsində “90-AN-949” dövlət qeydiyyat nişanlı “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib.

YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb.

Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Onun atasının biznesini təqdim edirik:

“Nurgün Motors”

– Nissan Azərbaycan

– Infiniti Azərbaycan

– Ford Azərbaycan

– Renault Azərbaycan

– Maşın bazarı – Çoxsaylı avtomobil salonları və servis mərkəzləri

 

  1. Rəvan Sığorta – 1998-ci ildən fəaliyyət göstərir. Əvvəlki adları: “Double İnsurance Company” və “Star Alyans Sığorta”.

2007-ci ildə bütün səhmləri “Nurgün” şirkəti tərəfindən alınıb və təsisçilər dəyişdirilib.

2009-cu ildən “Rəvan Sığorta” adlanır. Son illərdə davamlı olaraq adları bir sıra sığorta qalmaqallarında hallanır.

  1. NBC Bank ASC

17 dekabr 1992-ci ildə yaradılıb. Əvvəlki adı “Ruzu” Bank. 2002-ci ildən adını dəyişərək “NBCBank” olub. Son devalvasiyadan sonra lisenziyası ləğv edilsə də, qısa müddət sonra ciddi bir açıqlama olmadan yenidən fəaliyyətinə icazə verildi.

Yazımızın qəhrəmanı, sirli Nuru Əliyev 2016-cı ildə “NBC Bank”ın kapitalındakı payını 57,51%-dən 65,91%-dək artırıb. 2016-cı ildə bankın digər səhmdarlarının (yaxın qohumları) payında isə azalma qeydə alınıb.

  1. Nurgün İnşaat – 1994-cü ildən fəaliyyət göstərən “Nurgün İnşaat” şirkəti respublikada yaradılan ilk özəl inşaat şirkətlərindən biridir.

Bu illər ərzində bir sıra irimiqyaslı tikinti lahiyələrini reallaşdirmışdır. Buraya İdman komplekslərini, yüksəkmərtəbəli binaları, avtomobil salonlarını və s. aid etmək olar.

  1. “Bello” Yuyucu Vasitələr Fabriki – “Bello” markası adı altında məişət kimyası məhsullarının bütün çeşidləri istehsal olunur:

“Bello” anti-bakterial əl sabunu, əl-üz yumaq üçün maye sabun, qabyuyan vasitə, şüşə və parıltılı səthlər üçün təmizləyici vasitə, paltar ağardıcı duru maye, çanaq və vannalar üçün dezinfeksiyaedici qatı gel, mətbəx və vanna otağında istifadə olunan gigiyenik təmizləyici toz, mətbəx ləvazimatlarının, kafel-metlax döşəmələrin, çanaqların, plastik şüşə və səthlərin, xalçaların təmizlənməsində istifadə olunan maye vasitə (universal təmizləyici) həmçinin yuyucu tozlar təklif edir.

  1. Salyan süd zavodu – Salyan süd zavodunda istehsal olunan məhsullar mağazalarda “Bəyaz süd” adı altında satılır. Saytı fəaliyyət göstərmədiyinə görə, heç bir əlavə bilgi əldə edə bilmədik.
  2. Nurgün Trading – Şirkətin 3000-dən artıq mağazanı əhatə edən distribütor şəbəkəsi mövcuddur. Mərkəzi anbarı Bakıda yerləşməklə, 6 regional anbarı fəaliyyət göstərir.
  3. Kaspian Transport – 2008-ci ilin yekunlarına və avtoparkın həcminə görə Azərbaycan Respublikasında demək olar ki, ən böyük avtomobil daşıyıcısıdır.
  4. “Kontinental” mağazalar şəbəkəsi
  5. “Ailə” supermarketlər şəbəkəsi
  6. NICOS kosmetika məhsulları, Active qabyuyan mayeləri, BIOSENSE şampunları, Rocchetta, Vittel və Erikli sularının, Havoline və Ardeca yağlarının idxalçısı və s. Yunis Cəfərov/AzEuroNews.com/Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam