Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 Deputat İqbal Məmmədov xuliqanlıq edib?-ZİYAFƏT ƏSGƏROVA ŞİKAYƏT-YENİLƏNİR

 

image here

Adilağa Hüseynov: «Millət vəkili İqbal Məmmədov üç ailənin mənzilini saxta məhkəmə qərarı ilə ələ keçirib, özgənin qapısını sındıraraq mənzillərə daxil olmuşdur…»
Yenixeber.org: Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü cənab Ziyafət Abbas oğlu Əsgərova! 
Hörmətli Ziyafət müəllim !

Əvvəlcə dəyərli vaxtınızı alaraq Sizi narahat etdiyim üçün çox üzr istəyirəm. Üç ailənin mənzillərinin millət vəkili Məmmədov İqbal Nəriman oğlu tərəfindən, Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlunun qanunsuz Qətnaməsi əsasında əlindən alınmasına cəhd etməsi mənim Sizə müraciət etməyimi vacib etdi. İndi isə hadisələrin gedişatı barədə Sizə məlumat vermək istəyirəm:
Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də “STS” şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq müvafiq olaraq guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. İlk öncə onu qeyd edim ki, qeyd olunan müqavılələr tərtib olunarkən ciddi Qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin hüquqi ünvanı «Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə» ünvanı göstərilmişdir ki, həmin ünvanda “STS” şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları “Sahil-D Kompani” MMC tikmişdir ki, onun da “STS” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə imzalar müxtəlifdir və milli valyutamız manat olsada mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstə-rilmişdir ki, bu da Qanunlarımıza ziddir. Həmin ünvanda “Sahil-D Kompani” MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaayış binası tikilmiş və mənzillər də satılmışdır. 
Təxninən 2016-cı ilin iyun-iyul aylarında Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, 1156 məhəllə ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burda ona məxsus mənzil yoxdur, onda o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki təsir göstərmişdir. O da öz növbəsində 102 xidmətinə zəng edərək deputatın bu qanunsuz hərəkətinə görə hadisə yerinə polis əməkdalarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinə baxdım, sənədlərinin “Sahil-D Kompani” MMC-yə heç bir aidiyyatının olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.
2017-ci ilin əvvəllərində deputat İqbal Məmmədov yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclaslarında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq Qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli Qətnamə ilə Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir. 
Sonra Məmmədov İ.M. həmin Qətnamədən apellyasiya şikayəti vermiş və nədənsə müəmmalı səbəbdən həmin şikayətini geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Çox təccüblüdür, eyni iddia üzrə iki birinci instansiya məhkəmə orqanına ayrı-ayrılıqda necə müraciət etmək olardı? Ən vacibi, Mülki Məcəllənin tələbləri kobud surətdə pozularaq məhkəmə aidiyyətinə məhəl qoyulmamışdır. Hansı ki, “Sahil-D Kompani” MMC-nin hüquqi ünvanı Xətai rayonunda yerləşir, Nərimanov rayonunda yox. Doğrudanmı Ali qanunverici orqanın binasında oturub qanunlarımızın qəbuluna səs verən deputat bunları bilmir???
Nərimanov rayon Məhkəməsinin hakimi Əliyev Abbas Baba oğlu məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli Qətnamə çıxarmışdır. 
Onu da qeyd etmək istəyirəm ki, millət vəkili İqbal Məmmədov öz deputat mövqeyindən istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakim Əliyev Abbas Baba oğlunun köməkliyi ilə tapdalayaraq onların mənzillərinə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan Səlimova Səadət Rəşid qızı, digər tərəfdə öz vəzifə borcunu yerinə yetirməyən, Qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək Qətnamə çıxaran Əliyev Abbas Baba oğlu. Hər iki hakimin çıxardığı Qətnamələrin surətlərini və bu məsələ ilə bağlı bütün sənədlərin surətlərini Sizə göndərirəm və Sizdən xahiş edirəm, millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyatı qurumlara göstəriş verəsiniz, onun barəsində tədbir görülməsi üçün Milli Məclisin İntizam Komissiyasına göstəriş verəsiniz.(tezadlar)
Hörmətlə, 
Adilağa Hüseynov, 
“Sahil-D Kompani” MMC-nin İcraçı direktoru
Redaksiyadan: redaksiyaya təqdim edilmiş 2 fərqli rayon məhkəməsinin qərarlarını və digər mötəbər maddi sübut olan sənədləri araşdıraraq suallar qarşısında qaldıq. Hansı ki, həmin suallara millət vəkili İqbal Məmmədovdan cavab almaq istərdik…
Səbuhi
Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam