Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Lənkəranskinin qardaşı haqda həbs qərarı verildi–Türkiyədə + VİDEO

 

Lənkəranskinin qardaşı haqda həbs qərarı verildi

 

İstanbul məhkəməsi kriminal avtoritet Nadir Səlifova (Lotu Quli) qarşı sui-qəsd hazırlığına görə saxlanılan mərhum avtoritet Rövşən Caniyevin (Rövşən Lənkəranski) qardaşı Namiq Caniyev və onun dəstəsinin üzvləri barəsində qərar verib

 

Yenixeber.org: N.Canıyev və digərləri barəsində 4 aylıq həbs qəti-imkan tədbiri seçilib.

Xatırladaq ki, noyabrın 3-də İstanbul polisi Lotu Quliyə qarşı sui-qəsd cəhdinin qarşısını alıb. Noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları N.Səlifova qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.

Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində 13 nəfərlik qrup İstanbulun Bakırköy rayonunda yerləşən “Ömür AVM” ticarət mərkəzində saxlanılıb. Qrup Rövşən Lənkəranskinin qətlində ittiham olunan Səlifovun evinə hücum hazırlayırdılar.

Daha əvvəl Türkiyənin “Hürriyət” nəşri polisdəki mənbələrinə istinadən yazıb ki, Namiq Caniyev özünün üç silahdaşı ilə birlikdə Türkiyəyə gəlib. O, İstanbulda “Şirinlər” türk kriminal qruplaşmasının lideri, “Maks” ləqəbli Şirin Məhməd Səbri ilə görüşərək onun Lotu Qulinin aradan qaldırılması planını müzakirə edib.

İddiaya görə, Namiq Caniyev qətl üçün türk avtoritetə 5 milyon dollar mükafat təklif edib. Məhz bu sazişin detallarının müzakirəsi üçün kriminal avtoritetlər “Ömür AVM”-də görüşüblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam