Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ziya Məmmədovun bacısı işdən çıxarıldı- Açıqlama

Ziya Məmmədovun bacısı işdən çıxarıldı

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun bacısı Məhbubə Məmmədova işdən çıxarılıb.

Yenixeber.org: Hazırda onun direktoru olduğu "Tərəqqi" liseyində nazirlik işçiləri valideynlərlə görüş keçirir.

Valideynlərin sözlərini sərbəst deməsi üçün məktəb rəhbərliyi və müəllimlər iclasa buraxılmayıb. İclasda valideynlər məktəbdə baş verən neqativliklər haqda danışıblar.

Valideynlərin verdiyi məlumata görə, direktorun işdən çıxarılması məsələsi bu iclasda bir daha təsdiqlənib.

Qeyd edək ki, hələ Misir Mərdanov təhsil naziri olarkən, "Tərəqqi" liseyində direktorun özbaşınalığı barədə şikayətlər daxil olmuş, nazir Misir Mərdanov olaya münasibət bildirmişdi.

Xatırladaq ki, Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov APA-ya açıqlamasında Ziya Məmmədovun bacısı Məhbubə Məmmədovanın direktoru olduğu "Tərəqqi" liseyində araşdırma aparıldığını qeyd etmişdi.

 

Axar.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam