Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Qızmar istilərdə iş saatı dəyişdirilməlidirmi...

 

Nazirlik: “Temperatur + 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan yerlərdə bütün növ işlərin görülməsi dayandırılmalıdır”

Yenixeber.org: Azərbaycanda yaxın 3 gün ərzində anormal isti hava şəraitinin davam edəcəyi gözlənilir. Bu da əksər insanlar üçün çox əlverişsizdir. Gündüz saatlarında uzun müddət günəş altında qalmaq risklidir. Ancaq elə insanlar var ki, onlar havanın temperaturunun neçə dərəcə olmasından asılı olmayaraq açıq havada işləmək məcburiyyətində qalır və ya məcbur edilir.

İsti hava şəraitində çalışanlar arasında daha çox ustalara, fəhlələrə rast gəlinir. Bir müddət öncə havanın tempraturunun + 41 dərəcəyə çatmamış, 39-40 dərəcədə olarkən fasiləli iş rejiminin tətbiqi istənilib və bununla bağlı müzakirələr getsə də, bir nəticəsi olmadı. Ümumiyyətlə hava şəraiti ilə əlaqədar iş rejiminin dəyişdirilməsi praktikası bir sıra Avropa ölkələrində də mövcuddur. Məsələn, Yunanıstan, Bolqarıstan, Rumıniya, İtaliya, İspaniyada, hətta bəzi ərəb ölkələrində və iqlimi isti olan digər dövlətlərdə insanların sağlamlığını qorumaq üçün yay aylarında gündəlik iş qrafiki, iş rejimi dəyişdirilir. Yayda həmin ölkələrdə iş saatı səhər saat 07:00-da başlayır, gündüz saat 11:00-dan 17:00-dək böyük fasilə verilir, fasilədən sonra isə iş rejimi axşam saat 22:00-dək davam edir.

Qeyd edək ki, anormal istilərlə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi də xəbərdarlıq edib.

Картинки по запросу Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: “Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədi ilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

E.Babayev qeyd edib ki, havanın temperaturunun müsbət 41 dərəcə selsidən çox olduğu hallarda, açıq havada işlən vətəndaşların həyat və sağlamlığının qorunması əsas şərtdir: “Qeyd olunan hava şəraiti müşahidə olunana günlərdə, açıq havada işləməyə məcbur edilən şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər. Hər bir vətəndaş nazirliyin 142 - ”Çağrı mərkəzi"nə şikayətini deyə bilər. “Çağrı mərkəzi” canlı rejimdə həftənin iş günləri saat 9.00-dan 18.00-dək vətəndaşların xidmətindədir".

Bu günlərdə Günəş şüası altında uzun müddət qalmaq sizin həyatınıza bais ola bilər. Çünki günvurma çox təhlükəli haldır. Əgər vaxtında müdaxilə edilməsə, ölümlə nəticələnə, bəzi hallarda isə sinir sistemində qalıcı fəsadlara səbəb ola bilər. Günvurmanın əlamətləri şiddətli baş ağrısı, ürək bulantısı, qusma və yüksək temperaturda özünü göstərir. Ümumiyyətlə günvurma ağırlıq dərəcəsinə görə 3 yerə ayrılır: yüngül, orta və ağır dərəcə. Yüngül dərəcəli günvurma ürəkbulanma, göz bəbəklərinin genişlənməsi, təngnəfəslik, nəbzin döyünməsinin sürətlənməsi, baş ağrıları ilə müşahidə edilir. Orta dərəcəli gün vurma kəskin baş ağrıları, qaytarma-qusma, qulağın batması, son dərəcə halsızlıq, bədəndə temperaturun artması, huş itirmə halları ilə müşahidə olunur. Ağır dərəcə günvurma hətta ölümlə nəticələnə bilər. Kəskin halsızlıq, temperaturun 40 dərəcədən yuxarı qalxması, nəcis və sidiyin qeyri-iradi şəkildə xaric olması, qarabasmaların gözə görünməsi, koma ilə müşahidə olunur. Əgər bu hallarla qarşılaşsanız gün vuran adama ilkin təcili yardım etməlisiniz. Öncə zərərçəkənin dar geyimlərini çıxarmalı, qasıq, qoltuqaltı, baş və boyun nahiyələrinə soyuq yaş kompres və ya buz torbası qoyulmalıdır. Hərarət çox yüksələrsə, bədəni nəm dəsmalla sarımaq, havanın ventilyasiyasını təmin etmək lazımdır. Xəstəni sərinlətməyin ən yaxşı yolu soyuq su vannasıdır. Dərini spirtlə silmək olmaz, spirt məsamələri daraldaraq istiliyin xaric olmasına mane olur. Əgər xəstə özündə deyilsə, naşatır spirtini tənzifə vuraraq iynətməli və ya süni nəfəs verməlisiniz. Tərlə birlikdə bədənin su və duz itirməsi “isti yorğunluğu” adlanan halsızlıqla müşahidə edilən sindroma səbəb ola bilər. Əgər bu vəziyyət nəzarətdə saxlanmasa, bədənin temperatur tənzimləmə sistemi pozulur. Günvurmadan qorunmaq üçün günəşli havada baş örtüyü olmadan gəzmək məsləhət görülmür. Baş örtüyü də açıq rəngli materialdan olmalıdır ki, günəş şüasını az qəbul etsin. İsti havada geyim də enli, açıq rəngli, yüngül, pambıq və ya kətan parçadan olmalıdır. Günvurma zamanı qəflətən tənəffüsün dayanması və yaxud miokard infarktı inkişaf edə bilər, reanimasiya tədbirlərinə hazır olmaq gərəkdir.

Qeyd edək ki, isti vurmada da ilkin tibbi yardım gün vurmada olduğu kimidir. İsti vurma bir çox hallarda qəflətən meydana çıxır: ilk baxışda kifayət qədər sağlam görünən insan birdən birə əzgin olur, onun temperaturu 40 dərəcəyə yüksəlir, bəzi hallarda qıcolmalar, sayıqlama və qarabasmalar qeyd edilir. Xəstənin sifəti əvvəlcə qızarır, sonra isə birdən birə avazıyır. Nəbz sürətlənir, çətinliklə əllənir; tənəffüs səthi olur, bəzən qusma da qeyd edilir. Zərərçəkənin vəziyyəti ağırlaşarsa dərhal təcili yardım çağırın və ya ilk tibbi yardım göstərdikdən sonra onu mümkün qədər tez bir zamanda yaxınlıqdakı tibb müəssisəsinə çatdırın.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam