Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İkiqat dünya çempionu döyərək adam öldürüb -Gəncədə

meyit

Gəncə şəhərində meyiti tapılan şəxsin ikiqat dünya çempionu tərəfindən öldürüldüyü məlum olub.

Yenixeber.org:  “Report”un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Ramin Adil oğlu Orucovunşəhərin Kəpəz rayonu ərazisində yerləşən “Sərçə” bazarının yaxınlığında meyiti tapılıb. Yerli sakinlər tərəfindən Kəpəz Rayon Polis İdarəsinə məlumat verilib. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinə yerləşdirilib. Müayinə zamanı meyitin üzərində zorakılıq və döyülmə əlamətləri aşkarlanıb.

Dərhal Gəncə Şəhər Prokurorluğunda əməliyyat-axtyarış tədbirlərinə başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini 1994-cü il təvəllüdlü Eldəniz Məmmədovsaxlanılıb.

Məlum olub ki, axşam saatlarında Kəpəz rayonu ərazisində yerləşən çay evlərindən birində R.Orucov və E.Məmmdov arasında mübahisə olub. Mübahisə zəmnində E.Məmmədov R.Orucovu döyüb. Ağır bədən xəsarətləri alan R.Orucov hadisə yerindən bir qədər uzaqlaşıb və huşunu itirərək yerə yıxılıb. Onun meyiti səhər saatlarında yerli sakinlər tərəfindən tapılıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam