Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Kommersiya bankları faiz dərəcəsini aşağı salacaq" -İqtisadçıdan açıqlama


 

Yenixeber.org:   Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda orta illik inflyasiya 13.8% təşkil edir. Təhlillər göstərir ki, inflyasiyanı başlıca olaraq qeyri-monetar amillər şərtləndirir və əsasən gözlənti və inersiya xarakterlidir. Xəbər verdiyimiz kimi Mərkəzi Bankın İdarə Heyəti 22 iyun 2017-ci ildən uçot dərəcəsi və likvidlik əməliyyatları üzrə faiz dəhlizinin yuxarı həddinin dəyişməz saxlanılması, faiz dəhlizinin aşağı həddinin isə 12%-dən 10%-ə endirilməsi ilə bağlı qərar qəbul edib.

 

Mərkəzi Bank iqtisadi və inflyasiya dinamikasından asılı olaraq cari ilin ikinci yarısında uçot dərəcəsinin aşağı salınması potensialını qeyd edir.

 

Tanınmış iqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, uçot dərəcəsinin aşağı həddini endirilməsi, yuxarı həddinin 18 faiz saxlanılması Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin azaldılmasına hazırlıqdır:

 

vuqar

Mərkəzi Bankın hazırlığı...

 

“Əgər neftin qiymətində kəskin azalmalar baş verməzsə, böyük ehtimalla Mərkəzi Bank uçot dərəcəsinin azaldılması ilə bağlı qərar qəbul edəcək. Gözlənilir ki, uçot dərəcəsi 15-12 faizədək azaldılacaq. Bu da birbaşa fevral ayından manatın stabilləşməsi və inflyasiyanın Mərkəzi Bnak tərəfindən tənzimlənmənməsilə bağlıdır. Amma bu məqamda neftin qiymətini də mütləq şəkildə nəzərdə saxlamaq lazımdır. Bildiyiniz kimi bazarda əsas valyuta satan qurum Dövlət Neft Fondudur. Fondun vəsaitləri neft satışından əldə edilən gəlir hesabına formalaşır. O baxımdan neftin qiymətləri Mərkəzi Bankın növbəti mərhələdə atacağı addımlara təsir göstərəcək”.

 

Uçot dərəcəsi azaldılacağı təqdirdə nə baş verəcək?

 

Ekspert bildirir ki, uçot dərəcəsinin azaldılması bəzi hallarda manatın möhkəmlənməsi kimi qeyd edilir:

“Əslində bu, milli valyutada yığımlara ödənilən faizin aşağı düşməsi anlamına gəlir. Yəni uçot dərəcəsi yüksəkdirsə, deməli depozit faizləri də yüksəkdir. Güman olunur ki, uçot dərəcəsinin azaldılması həm də, depozit faizlərinə təsir göstərəcək. Artıq bu, müşahidə olunur. Əgər əvvəllər 18 faizlə milli valyuta depozitə qəbul olunurdusa, indi bu rəqəm 12 faizə qədər azalıb. Amma uçot dərəcəsi 12 faizə enərsə bu, mütləq şəkildə Mərkəzi Bankın depozit faizlərinə təsir göstərəcək. Həm də kommersiya banklarının vətəndaşlardan aldığı depozitlərin faziləri aşağı düşəcək. Güman olunur ki, hətta bu halda milli valyuta üzrə faizlər 9-10 faizə qədər azalsın. Xüsusilə depozit faizlərinin azalması fonunda Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası kredit faizlərinin aşağı salınmasına çalışacaq. Bu isə kommersiya banklarına aşağı faizli resurs imkanları verəcək. Bu baxımdan uçot dərəcəsinin azladılması gözləniləndir. Amma yenə də bunu tam olaraq proqnozlaşdımaq mümkkün deyil. Buarada xarici faktor və neftin qiymətləri önəmli rol oynayacaq. Qiymət indiki intervalda qalarsa, Mərkəzi Bank uçot dərəcəsini aşağı salacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam