Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Azərbaycan problemi müharibə yolu ilə həll etməlidir”-EKSPERT

 

Cəbhə xəttindəki son durumu şərh edən siyasi ekspertlər düşmənin başqa çıxış yolu saxlamadığı qənaətindədirlər


Yenixeber.org:  Son günlər cəbhədə vəziyyət kifayət qədər gərginləşib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun qarşısı alınıb. İtki verərək geri çəkilən kəşfiyyat qrupunun bir üzvü hərbçilərimiz tərəfindən ələ keçirilib.


Məhz son iki həftədə düşmən təxribatlarının artmasının nədən qaynaqlandığı barədə qəzetimizə danışan deputat Zahid Oruc bildirdi ki, cəbhə xəttində gərginliklərin olması gözlənilməz deyil: “Son 1 ildə cəbhə xəttinə toplanmış silah kütləsi danışıqların getmədiyi şəraitdə mütləq özünü göstərməli idi. Ordu insanlardan ibarətdir, onlar cəmiyyətin tərkib hissəsidir, həmçinin də dövlət idarəetmə sistemi ilə əlaqəlidir. Belə olan təqdirdə onlar görəndə ki, hətta formal danışıqlar belə sıfıra enib, bu şəraitdə silahlar danışır, onlar diplomatları əvəz edir. İkinci tərəfdən, ermənilərin taktikası bundan ibarətdir ki, son bir il ərzində Azərbaycanı cəzalandırmaq üçün müxtəlif hadisələr törətmək, bu təxribatları özlərinin qurban getdiyi çərçivədə xarici qurumlara vermək və bu vasitə ilə Azərbaycan əleyhinə hansısa sərt qərarların çıxarılmasını istəyirlər. Hətta belə demək mümkündürsə, Sərkisyan rejimi əsgərlərini qurban verməklə böyük siyasi planlar həyata keçirməkdədir. Ermənilərin son zamanlar təxribatları artırmasında üçüncü məqsəd ondan ibarətdir ki, onlar çalışırlar təxribatların nəticəsində Azərbaycanı cəzalandırmaq mümkün olmayacağı halda ən yaxın ərazilərdə yeni silahlarını Azərbaycan üzərində sınasınlar. Azərbaycanda 26 iyun ordu günüdür. Ermənilər məhz bu ərəfədə həm də ona görə təxribatlarını artırıblar ki, onlar Azərbaycan Silahlı Qüvvələrinə bu ərəfədə zərbə vurmaq və silahlı qüvvələrimizi gözdən salmaq niyyətlərini reallaşdırsınlar”.


Z.Oruc əmindir ki, son təxribatların ifşa edilməsi fonunda Azərbaycan dövləti ələ keçirilmiş erməni diversantını ATƏT-ə də, digər müvafiq beynəlxalq qurumlara da təqdim edəcək: “Söhbət təslim etməkdən yox, erməniləri ifşa eləmək üçün təqdim etməkdən gedir. Həmin ələ keçən erməni diversant Ermənistanın Azərbaycan əleyhinə təxribatlarını ifşa eləmək üçün canlı bir dəlildir”.


Deputat ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 iyunda verilən bəyanatındakı bəzi hiyləgər məqamlara da toxundu: “Bəyanatda yazılıb ki, həmsədrlər mayın 12-də İrəvana, sonra Dağlıq Qarabağa gəliblər, oradan Kəlbəcərə, Laçına, Qubadlıya, Zəngilana gediblər, 19 iyunda Bakıda Azərbaycan prezidenti ilə daha sonra isə Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə görüşüblər. Məsələnin mahiyyəti ondadır ki, həmsədrlər ilk dəfədir ənənəvi səfər marşrutundan bir qədər kənara çıxıblar, məsələn, Kəlbəcərə gediblər. Məqsəd bunda nədən ibarət olub? Həmsədrlər Kəlbəcərdə yaşayan məhdud əhali kütləsinimi görməyə, hərbi resursları müşahidə etməyəmi gediblər? Bunlar çox ciddi suallardır. Həmsədrlərin bəyanatında balans gözlənilməyib. Sual olunur, niyə? Yaxud bəyanatda həmsədrlərin həm Azərbaycana, həm Ermənistana, həm Dağlıq Qarabağa atəşkəsə əməl etmək çağırışı edildiyi yazılır. İndiyə qədər verilən bəyanatlarda bu cür yazılmamışdı. Biz isə həmsədrlərə sual edirik ki, beynəlxalq hüquq subyekti olmayan, Dağlıq Qarabağı nə üçün bu şəkildə qeyd edirsiniz!? Ermənilər həmsədrlərin bu cür mövqelərindən son zamanlar cəsarətlənmişdilər. Amma 6 əsgər tabutu İrəvana gedirsə, bu fakt hakimiyyətin dayanıqlığını sındırır”.

Image result for Zahid Oruc


Z.Oruc Ermənistanın son vaxtlar təxribatlarının artmasında xarici amili vurğulamağı artıq sayır: “Rusiya fərqindədir ki, Qarabağda müharibə alovu yenidən güclənsə, bu, zorla yaradılmış Çeçenistan və Şimali Qafqaz sabitliyini zərbə altında qoyacaq. Yaxud Fransanın yeni prezidenti Makron hələ ki hakimiyyətdə möhkəmlənməyib. Tramp isə Ağ Evdə oval kabinet ətrafında siyasi səngər qurub rəqibləri ilə döyüşdədir”.


Ələ keçirilmiş erməni təxribatçını Dağlıq Qarabağda girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə dəyişməyin mümkün olub-olmadığı barədə suala isə Z.Oruc belə cavab verdi: “Bu, yalnız bizim qiymətləndirə biləcəyimiz və ya təklif verəcəyimiz məsələ deyil. Çünki həmin erməni təxribatçının nə dərəcədə bağışlana bilər, nə dərəcədə onu geri qaytarmaq olar və ya olmaz, onun vurduğu zərbələrin miqyası nə olub, bu, mübadilə üçün yararlıdırmı kimi məsələlər saf-çürük edildikdən sonra qərar verilə bilər. Ona görə də yəqin bu məsələdə dövlətin müvafiq qurumları optimal bir qərar verəcəklər”.

Image result for Politoloq Eldar Namazov


Politoloq Eldar Namazov isə modern.az-a açıqlamasında deyib ki, cəbhədə gərginliyin artması artıq qaçılmaz haldır: “ATƏT-in Minsk Qrupunun rolu, imkanları haqqında artıq Azərbaycanda, o cümlədən regionda və dünyada müəyyən fikirlər formalaşıb. Bu tərkibdə Minsk Qrupu heç bir ciddi fəaliyyət göstərə və ya heç bir nəticə əldə edə bilməz. Onların bu proseslərə təsiri sıfıra yaxındır. Hətta mən deyərdim, onlar bizə mane olurlar. Ayrı-ayrılıqda Rusiyanın və ABŞ-ın gedən proseslərə təsiri daha güclüdür - nəinki Minsk Qrupunun. Bu format artıq qeyri-effektivliyini, bacarıqsızlığını sübut edib. Bunun səbəbləri haqqında uzun danışmaq olar. Qısaca deyim ki, Minsk Qrupunun səfərləri və ya bəyanatlarından nəsə gözləməyin mənası yoxdur. Son dövrlərdə cəbhədə gərginliyin artması halları isə artıq qaçılmazdır. Ermənilər heç bir razılığa gəlmir, yeganə şərtləri Dağlıq Qarabağın müstəqilliyini tanımağımızdır. Bu da o deməkdir ki, qarşı tərəflə danışıq yolları ilə məsələnin həll edilməsi qeyri-mümkündür. Ermənistana çox ciddi təzyiq etmək lazımdır ki, bu mövqedən geri çəkilsinlər. Bunu da yalnız Minsk Qrupu edə bilərdi, amma bacarmır. Həmçinin, bu təzyiqi Rusiya da təkbaşına edə bilərdi. Lakin onlar da bu imkanlardan istifadə etmirlər. Belə də torpaqların işğaldan azad edilməsi məsələsini yalnız Azərbaycanın özü həll edə bilər”.


E. Namazov düşünür ki, cəbhədə gərginliyi aradan qaldırmaq üçün Azərbaycan tərəfi məsələni müharibə yolu ilə həll etməlidir: “Mən bu barədə Azərbaycan ictimaiyyətinə müharibənin qaçılmaz olduğunu bildirmişdim. Aprel döyüşlərindən sonra sülh danışıqlarında irəliləyiş əldə olunması üçün imkanlar yaransa da, istifadə edə bilmədik. Ona görə də müharibə qaçılmazdır. Rusiyanın Ermənistana təsiri və ya Ermənistanda siyasi böhran nəticəsində hakimiyyətin dəyişməsi kimi fövqəladə hallar baş vermirsə, o zaman Azərbaycan tərəfi müharibə yolu ilə məsələni həll etməlidir”.

Image result for Arzuxan Əlizadə


AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirdi ki, Azərbaycan hakimiyyəti Ermənistanı yerində oturtmaq, torpaqlarımızı azad etmək üçün real müharibəyə başlamalıdır, başqa yol qalmayıb: “Əgər müharibəyə gedilərsə, müxalifət partiyalarından dəstək olacağı şübhəsizdir. Biz partiya olaraq daim bu mövqedən çıxış etmişik ki, işğal altında olan Azərbaycan ərazilərinin işğaldan azad olunması Azərbaycan dövlətinin hüququdur. İllərdir məsələnin həllindən daha çox konservləşdirilməsinə, mövcud status-kvonun qorunub saxlanmasına çalışan beynəlxalq təşkilatlar, aparıcı dövlətlər, eləcə də həmsədrlər başa düşməlidirlər ki, Azərbaycan xalqı torpaqlarının işğalı faktı ilə heç vəchlə barışmayacaq. Bu gün cəbhədə itirilmiş hər bir insan həyatına görə də bilavasitə onlar məsuliyyət daşıyırlar. Qarabağ danışıqlarının dalana dirənməsi yenilik deyil, lakin buna baxmayaraq, hazırkı vəziyyətdə müharibənin başlanması ehtimalını bir o qədər də yüksək qiymətləndirmirəm. Ancaq müharibə yolu seçilərsə, hesab edirəm ki, bu məsələdə siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs birmənalı olaraq Azərbaycan dövlətinin yanında olacaq”.(musavat.com)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam