Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda “süpürgə” -yaxud SÜPÜRGƏÇİ

Azərbaycanda “süpürgə” -



Yenixeber.org:  İstənilən halda başqa Avropa ölkələrinə nisbətən Azərbaycanda qadınların əmək müqaviləsində yaş həddi ikrah doğurmaya bilməz. Bizim analarımız, bacılarımız əmək müqaviləsini çox erkən tərk edirlər. Bu gün Avropaya inteqrasiya edən Azərbaycanda bütün şirkət və müəsssilərdə yaşı 22-25 arası çalışan oğlan və qızlarımıza rast gəlirik. Yazımda nə demək istədiyimi sizlərə anladacam. Məncə səhər-səhər utandıqlarından ağzı-burnu sarıqlı çiyinlərində süpürgə gəzdirən qadınları hamımız görə bilirik. Yəqin ki, üz-gözlərini də elə tanınmamaq üçün, utandıqlarından bürüyürlər. Axı, qadının işi küçə süpürmək olmamalıdır... Nədənsə, sovetlər birliyi dağıldıqdan sonra sözügedən süpürgəçi xanımların həyat tərzi məni həmişə maraqlandırıb. Çünki, sovet dövründə yolları qadınlar süpürməzdi. Deyilənə görə cinayət məcəlləsinə əsasən sutkalıq iş alan məhbuslar belə işləri icra edərdilər. Elə bu səbəbdən dolayı yolların yuyulub təmizlənməsi, süpürülməsi gecələr icra edildiyindən heç kəs görməzdi. Hamımız yatar durar və yol-irzi tərtəmiz görərdik. Bəs bu gün???...
Nəhayət bu yaxınlarda “süpürgəçi” kollektivi ilə tanış oldum. Mən onların işlərilə, həyat tərzi ilə maraqlandım. Səhər-səhər bu qadınlar qarşıma çıxdığından onlarla salamlaşıb özümü təqdim edərək ürəyimdən keçənləri soruşmağa başladım. Aralarında işləri idarə edən briqadir xanıma sualla müraciət etdim.
-Sizin işçilər hansı müəssisənin nəzdində faliyyət göstərir? 
-Xanım cavab verdi ki, biz Mənzil İstismar Sahəsinin-nin nəzdində faliyyət gösəririk. Mən sözarası xanımdan MİS-in faliyyəti barədə də maraqlandım.
-Bu Mənzil İstismar Sahəsi deyilən bir şey hansı işlərlə məşğuldur? Orta yaşlı xanım söhbətə müdaxilə edərək sualı istehza ilə cavablandırdı. Dedi ay yazar xanım, indi MİS-in adı qalıb. Əslində MİS-in aktiv faliyyəti sovet dönəmində olub. Soruşdum necə yəni? Cavabında məni anlatmağa çalışdı ki, sovet dövründə Mənzil İstismar sahələrinə dövlət büdcəsindən vəsait ayrılardı və bu vəsaitlə hansısa dövlət yaşayış binasında yaşayan sakinin mənzilində hər hansı problemi olardısa o şəxsə təcili yardım edilərək mənzilində təmir-bərpa işləri gedərdi. Mən sualı, suala calayaraq, bəs indi? İndi sizin maliyyə dəstəyiniz yoxmu? Xanım bildirdi ki, var.... Bəs nəzdində olan sakinlərə yardım edilirmi? Dedi:- çox nadir hallarda. Soruşdum ki, bəs dövlətdən ayrılan materialları hara edirlər? Xanım əsəbi halda;- Hara olasıdır ki, satıb yeyirlər, üstündən də su içirlər. Mən bu kollektivin işçilərinə sual verib cavab aldıqca hiss etdim ki, yaralı yerlərinə toxunuram. Çalışdım onlara toxtaqlıq verib əsəbləşməməyi tövsiyə edim. Amma hiss edirdim ki, bu insanların ürəkləri sözlə doludur. Azərbaycanın bu günkü durumundan, özlərinin sosial taminatlarından olduqca şikayətçi idirlər. Məvacibləri barədə maraqlandım. Cavab verdilər ki, iş saatımız səhər saat altıdan, axşam saat altıya kimi davam edir. Ələlxüsus bayram günlərində, müəyyən tədbirlərdə və xaricdən qonaqlar gələndə işimiz daha da çox olur. Lakin bütün göstərilənlərin müqabilində ən çox məvacib alan süpürgəçi maaş cədvəlində ayda 300-AZN-ə imza atır. Ağzı sözlə dolu olan bir xanım ikrahla bildirdi ki, gəl bu pulla hər şeyin qiyməti kəllə-çarxda olan vaxtda yaşa görüm, necə yaşayırsan?!... Süpürgəçi qadınlara bir maraqlı sual da verdim. Siz səhər-səhər iş başında olursunuz eləmi? Səhər işə tələsən insanların sizlərə münasibəti necədir? Süpürgəçi xanımlardan biri anlatmağa çalışdı ki, biz hər gün müxtəlif insanlarla qarşılaşırıq. Bu insanların içərisində eləsi olur ki, səhər –səhər üstümüzə çımxıraraq ”Əşi əl saxlayın! Bizi toza batırdınız.” Lakin elələri də olur ki, bizə gülə-gülə salam verərək xeyir-dua edirlər. Bir sözlə bu millətin arasında hansı tipdən istəsən insan tapmaq mümkündür. Dedim:-olan olub, gəlin sizə bir sual da verim. Bəs bizim polislərimizin sizlərə münasibəti necədir? Sizlərdən haqq istəmirlər ki?!...Bir xanım sözə başladı. dedi polislərimizin arasında bəzi şərəfsizlər olsa da yaxşıları da var. Məsələn, biri mənə həmişə öz yardım əlini uzadır. Xanım elə sevincək öz hisslərini anlatmağa çalışırdı ki, vallah mən özümdə sevindim. Sevindim ona görə ki, bu zəmanədə hələlik insanlığını itirməyən adamlar yox deyil.
Baxın...! Bu gün neftinin, qazının istisinə qızınan xarici dövlətlərlə yanaşı işbazlar, məmurlar Azərbaycanın var-dövlətini sümürüb yediklərindən bizim analarımızın, bacılarımızın ümumiyyətlə bu millətin vəziyyəti hansı haldadır. Vətənimizdə, onun vətəndaşına iş tapılmır. Qadınlara yaş həddi qoyulduğundan əmək müqaviləsini erkən tərk etməli olurlar, oxumuş ixtisaslı kadrların işə düzəlmək üçün rüşvət vermək imkanı olmadığından öz ixtisası üzrə işə qəbul ola bilmədiyi üçün ixtisasından kənarlaşaraq başqa məsləkin sahibinə çevrilirlər. Hətta savadlı, ixtisaslı cavanlarımızın əksəriyyəti Rusiya bazarlarında piştaxta arxasında rusların nökərinə çevriliblər. Azərbaycanda maddi təminatın zəif olduğundan gənclər vaxtında ailə də qura bilmirlər. Yeni ailə quranların sayı olduqca aşağı səviyyədədir...
Hörmətli oxucu, dərd bir deyil, iki deyil, hansından danışasan? Amma, bir qadın olaraq məni düşündürən səhər-axşam çiyinlərində süpürgə, onun-bunun ayaqlarının altını süpürən qadınlarımızın üzləşdiyi vəziyyətdir. Əgər onların ailə başçıları müəyyən işlə təmin olunarlarsa, qadınlarımız öz əziz mətbəxindən ayrılıb yollara düşməzdirlər... Niyə “süpürgəçi” adını süpürgə ilə bərabər öz zərif çiyinlərinə yük etməlidirlər?... Acınacaqlı hal da budur ki, bizim "millətsevər", dırnaqarası millət vəkillərimiz əmək pensiyası yaşını qaldıraraq qadınlar üçün 63, kişilər üçünsə 65 olması üçün qoyulan məsələnin müzakirəsində razılığa da gəliblər. Azərbaycanda bu qədər az məvaciblə, demək olar ki, yavan çörəklə dolanan insanlar o yaşdan sonra nə qədər yaşayacaqlar ki??? Millətimizin düşdüyü acınacaqlı vəziyyəti gördükcə adamın ürəyi yanır?... Yazıq millət o qədər yorulub ki, öz haqq səsini içində boğur. Belə vəziyyət hələ çoxmu davam edəcək?!... Millətin haqq səsini eşidən tapılmayacaqmı?!... 
P.S. Bir məsələni də nəzərinizə çatdırım. Demək, Azərbaycanda hər sahədə olduğu kimi süpürgəçiliyin də özünə məxsus manapoliası var imiş....Eh, belə götürəndə Azərbaycanda nə yox imiş ki?!....

 

Məleykə Abid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam