Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Sabunçu rayonunda biabırçı olay:26-ların adına küçə salınıb

 

Bakının Sabunçu qəsəbəsində bir küçə 26 Bakı Komissarının adını daşıyır.
 
Yenixeber.org:  BakuPost.az xəbər verir ki, bu biabırçı faktı "Kaspi” qəzetinin əməkdaşı, jurnalist Azər Nuriyev müəyyən edib.
Belə ki, jurnalist Sabunçu qəsəbəsində yaşayan qohumlarının evinə gedərkən küçənin Bakı komissarlarının adına olduğunu görüb: "1918-ci ildə on minlərlə soydaşımızı qanına qəltan edən erməni və bolşevik cəlladlarının cəm olduğu 26 Bakı komissarının xatirəsi qəsəbədə əbədiləşdirilib. 2017-ci ildə 26 Bakı komissarının adını daşıyan küçənin hələ də mövcud olduğunu kimə desən, bəlkə də inanmaz. Baxmayaraq ki, şəhərdə Bakı komissarlarına aid bütün abidələr və adlar götürülüb, burada onların adını daşıyan küçə hələ də qalır”.
Jurnalist qeyd edib ki, ilk əvvəl bu lövhənin yaddan çıxıb qaldığını düşünüb: "Dedim, bəlkə, bu lövhə bir yerdədir, o da yaddan çıxıb qalıb. Lakin küçə boyu addımladıqca, hər tindən "26-lar” sözünə rast gəldim. Özü də latın qrafikası və yeni ştampda. Və yarı yolda düşüb, həmin ərazidən yaşayan insanların mövqeyinin öyrənmək marağı mənə üstün gəldi. Lövhəni qoparmaq istəsəm də, sakinlər dedilər ki, əbəs yerə cəhd etmə. Dəfələrlə sökülsə də, yenisini yapışdırıblar. Söhbət etdiyim gənclərin əksəriyyəti bunu vaxtilə qətlə yetirilən soydaşlarımızın xatirəsi üçün təhqir hesab etdiklərini bildirdilər. Küçənin sakinləri həmin adın keçmiş sovet vaxtından qaldığını deyirlər. Sakinlərin sözlərinə görə, küçəyə tarixi şəxsiyyətlərimiz, şəhidlərimizin adı verilsə, onlar üçün qürur və şərəf olar”.
 
 
Məsələ ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətindən bildiriblər ki, sözügedən və bir neçə başqa küçələrin adının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinə  müraciət edilib: "Həmin küçənin də adı dəyişdiriləsi adlar siyahısındadır. Nazirlər Kabinetinin müvafiq qərarından sonra küçənin adı dəyişdiriləcək".
Bununla bağlı jurnalist Nazirlər Kabineti ilə əlaqə saxlayıb. Lakin qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, rayon icra hakimiyyətinin məsələ ilə bağlı heç bir müraciəti olmayıb: "Hətta Akif müəllim məsələni NK-nin bir neçə əlaqədar şöbəsi ilə də dəqiqləşdirdi. Cavab da belə oldu ki, bu, birbaşa Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətində olan məsələdir”.
BŞİH-in mətbuat xidmətindən telefon zənglərinə cavab verən tapılmayıb.
 
 
Məsələ ilə bağlı Sabunçudan olan millət vəkili Fazil Mustafanın  buna bənzər məsələlərin dəfələrlə həm parlamentdə, həm də müxtəlif icra strukturları qarşısında qaldırdıqlarını bildiriv. O, qeyd edib ki, həmin küçənin sakinləri onun seçiciləri olmasa da, məsələni nəzarətdə saxlayacaq.
 
Millət vəkili bunun yolverilməz olduğunu bildirib və konkret misal da çəkib:"Türkiyədə belə bir kommunist siyasətçi olub - Mustafa Sübhi. Onu səhv etmirəmsə, ya öldürüblər, ya da ki, dənizdə boğulub. Türkiyədə onun ümumiyyətlə, fəaliyyəti yasaq olunub. Bizdə isə hələ bu adda küçə var”.
 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam