Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Rusiya Qətər ətrafında yaranan vəziyyətdən narahatdır" -Rusiya XİN başçısı

lavrov

 

"Qətərlə əlaqələri kəsmək barədə atılan addımları narahatlıqla qarşılayırıq"

 

Yenixeber.org:  RİA “Novosti”-yə istinadən məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov qətərli həmkarı Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Moskvada keçirdiyi görüşdə bildirib.

Ərəb dünyasında vəziyyətin kəskin gərginləşməsi görüşümüzün əsas mövzusu olacaq. Bu gərginliyi, Qətərlə əlaqələri kəsmək barədə ərəb dövlətləri tərəfindən atılan addımları narahatlıqla qarşılayırıq”, – deyə S. Lavrov vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edir.

Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqalla Çad isə bu ölkədəki səfirini geri çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam