Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Təslim olmayacağıq” -Qətərin XİN başçısı

 

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Al-Təni digər ölkələrlə yaşanılan siyasi böhran haqqında danışıb.

Yenixeber.org:   CNN Türk-ə istinadən xəbərə görə, Əl-Təni ölkəsinin təcrid edilməyə çalışıldığını və bu böhranın Körfəz regionunda sabitliyi pozduğunu deyib.

Qətərin XİN rəhbəri problemin həlli olaraq diplomatik yollara üstünlük verdiklərini bildirib:

“Qida təminatı çətinliyi ilə bağlı deyə bilərəm ki, sonsuza qədər belə yaşaya bilərik. Hərbi yolla nəticəyə çatmaq mümkün deyil”.

Əl-Təni 5 min Türkiyə əsgərinin Qətərdə yerləşdiriləcəyi qanun layihəsini də şərh edib və deyib ki, türk əsgərlər regionun təhlükəsizliyi üçün gələcəklər.

O, heç bir halda Qətərin xarici siyasətinə heç kimin müdaxilə etməsinə icazə verməyəcəklərini də sözlərinə əlavə edib:

“Heç vaxt təslim olmayacağıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam