Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Generallar Prezident Administrasiyasında əlbəyaxa oldu –“Casus işi”

 

Prezidentin hərbi məsələlər üzrə köməkçisi Vahid Əliyevin vəzifəsindən azad olunması ilə bağlı sensasion sayıla biləcək məlumat yayılıb.

Yenixeber.org:  AzPolitika.info saytı Vahid Əliyevin vəzifəsindən azad olunması ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Ordusundakı son proseslərin – “Casus işi”nin rolu olub:

Adının çəkilməsini istəməyən ekspertlərdən biri sayta açıqlamasında bu ehtimalı yüksək qiymətləndirib. 

“Görünür belə böyük biabırçılıqdan sonra Prezident bu qərara gəlib ki, Vahid Əliyev vəzifəsinə yararsız kadrdır”.

Hərbi ekspert Üzeyir Cəfərli də Vahid Əliyevin işdən çıxarılmasını onun işindəki çatışmazlıqlarla əlaqələndirib:  “Prezidentin köməkçilərindən biri kimi general-leytenant Vahid Əliyevin gündəlik iş prinsipini və fəaliyyətində bir sıra ciddi çatışmazlıqlar mövcud idi ki, məhz onların olması Ali Baş Komandanı razı sala bilməzdi”.

AzToday.az-a daxil olan məlumatda iddia olunur ki, Milli Orduda yaşanan casus qalmaqalında Vahid Əliyevin heç bir rolu olmayıb. Əksinə “Casus işi” ilə bağlı Prezident Administrasiyasında keçirilən müşavirədə Vahid Əliyev Azərbaycan Silahlı Qüvvələri Baş Qərargahının rəisi, Müdafiə nazirinin birinci müavini, general-polkovnik Nəcməddin Sadikovu birinci günahkar şəxs hesab edib. Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi müşavirədə iştirak edən Nəcməddin Sadikovun Vahid Əliyevə cavabı çox ağır olub. Məlumatda iddia olunur ki, ağır təhqirli cavabdan sonra Vahid Əliyevlə Nəcməddin Sadikov əlbəyaxa olublar.

Bu hadisə səbəbindən Vahid Əliyevin vəzifəsindən uzaqlaşdırıldığı deyilir. Nəcməddin Sadikovun hansı şəkildə cəzalandırıldığı məlumatda əksini tapmayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam