Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya maşınlarına maraq artıb:“Prado” qiymətinə “NİVA” (FOTOLAR)

 

Həftənin bazar günü təşkil olunan Avtomobil satışı bazarında canlanma müşahidə olunur.

Yenixeber.org:  Sürücülər bunun səbəbini ikinci əl avtomobillərinin ucuzlaşmasında görürlər. Uzun zaman yaşanan müştəri qıtlığı satıcıları bu addımı atmağa məcbur edib.

Musavat.com avtomobil bazarına baş çəkib, kiçik bir araşdırma aparıb.

İkinci əl avtomobil bazarında əvvəlki aylara nisbətən müştəri qıtlığı yaşanır. Həmişəki kimi alıcıdan çox satıcı var. Həmişə olduğu kimi , alman istehsalı olan “Mercedes” markalı avtomobillər üstünlük təşkil edir. Tələbatın çoxu bu avtomobillərədir. 30-a yaxın avtomobilin qiyməti ilə maraqlanıb, ortaq qiymət statistikasını qeyd etdik.

Mercedes “C” kateqoriyasından olan -1999-2000-ci il 7000-8000 manat, "Mercedes “E” markasından olan avtomobillər isə 9000-12000 manatdır.

Qiymət nisbəti demək olar ki, bütün avtomobillərdə bu cürdür.

Ötən aylarla müqayisədə avtomobillərin qiymətində cüzi də olsa azalması müşahidə olunur. Təqribən 300-500 manat civarında ucuzlaşma var.

Avtomobil bazarı yaxınlığında yerləşən avtosalonlarda isə vəziyyət fərqlidir. Yeni avtomobillərin qiyməti kifayət qədər bahalaşıb. Satıcının dediyinə görə, bunun əsas səbəbi həmin avtomobillərin dollarla alınmasıdır: “ Dolların kursu qalxdıqca yeni gələn maşınlarımız da bahalaşır. Çin istehsalı və İrandan gətirilən avtomobillər əvvəlki qiymətindən baha satılır. Onsuzda bu avtomobillərə ölkə ərazisində o qədər güclü tələbat yoxdur. Üstəgəl bahalaşması müştərilərin daha çox ikinci əl avtomobillərə marağını artırdı. Bundan zərərçəkənlər isə sahibkarlar olacaq. Bu səbəbdən də yeni avtomobillərin gətirilməsi hazırda dayandırılıb. Naxçıvan istehsalı olan “Naz Lifan” avtomobillərində də bahalaşma müşahidə edilir. Ölkəmizdə istehsal olunsa da, ehtiyat hissələrinin demək olar ki, hamısı xaricdən dollarla alınır.

Onu da qeyd edək ki, ehtiyat hissələri bazarında da A-dan Z-dək bütün avtomobil ehtiyat hissələrinin qiymətləri 10-15 manat civarında bahalaşıb.

Bazarda ən çox bahalaşan maşın isə Rusiya istehsalı olan NİVA markalı avtomobildir. Satıcılar bildirirlər ki, bu avtomobillərin qiyməti hər bazar artır: “Niva” ümumiyyətlə həmişə dəbdə olan avtomobil olub. Lakin son zamanlar bu avtomobilin müştəriləri çoxalmaqdadır. Əvvəllər daha çox yaşlı nəsil idarə edirdisə, indi də gənclərin maraq dairəsindədir. Düşünürəm ki, bu avtomobillərə artan maraq onun qiymətində də fərq yaradır. Motorun güclü olması, 4x4 çəkiciliyi müştəriləri cəlb edən əsas amillərdən biridir”.

Bu avtomobillərin qiymətləri ilinə görə dəyişir. 2017-ci ilin “NİVA”-sı 18-19 min manat, daha aşağı buraxılış ili olanlar isə 10-15 min manat civarındadır.

Satıcıların fikrincə, yay mövsümündə avtomobil bazarında qiymətlər kəskin dəyişməsə də, sentyabrdan etibarən manatın dəyərdən düşməsi proqnozları fonunda bahalaşma ola bilər. Bu səbəbdən hazırda maşın bazarında müəyyən canlanma yaşanır. Avtomobil almaq istəyənlər hazırki fürsəti dəyərləndirməyə çalışırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam