Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var” –Rusiya MOK prezidenti

 

7de51d070a317c41059fdfe168c0cd65

“Azərbaycanın beynəlxalq miqyaslı idman yarışlarına necə ciddi hazırlaşdığının şahidi olmuşam. Ona görə də İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirildiyinə əminəm”.

Yenixeber.org:  Bunu jurnalistlərə açıqlamasında Rusiya Milli Olimpiya Komitəsinin prezidenti, Rusiya Dövlət Duması sədrinin birinci müavini Aleksandr Jukov bildirib.

“Mən İslam Həmrəylik Oyunlarından əvvəl Azərbaycanda olmuşdum. Ölkənizin yarışlara necə ciddi hazırlaşdığını görmüşdüm. Bakıda İlk Avropa Oyunları əsrarəngiz səviyyədə keçdi. Təşkilatçılıq, yarışlar, idman obyektləri, infrastruktur yüksək səviyyədə idi”, – deyə Rusiya MOK prezidenti söyləyib.

A. Jukov Azərbaycanın 2028-ci ildə Yay Olimpiya Oyunlarına namizədliyinin mümkünlüyünü də şərh edib: “Yay Olimpiya Oyunlarını keçirməyə namizədlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. O ki qaldı Azərbaycanın namizədliyi məsələsinə, hesab edirəm ki, Azərbaycanın Olimpiya oyunları keçirmək potensialı var. Lakin 2028-ci il üçün indidən nəsə demək hələ tezdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam